Çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin "Olaylar" - a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-180, Kiçik Qafqazın çaylarında 200-300, Lənkəran-Astara bölgəsi çaylarında isə  60-110  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət martın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 288 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 250 m3/s olmaqla ongünlük normanın 94  faizini təşkil edib.

Martın 17-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 93 m3/s təşkil edərək ongünlük normanın 99 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət martın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 8,  Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Şirvan məntəqəsində 4, Bankədə 2 sm artım qeydə alınıb, Salyan məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 395 sm (2016-cı il martın 17-də 442 sm), Şirvanda 251 sm (2016-cı il martın 17-də 269 sm), Salyanda 176 sm (2016-cı il martın 17-də 214 sm), Bankədə 185 sm (2016-cı il martın 17-də 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2016-cı il martın 17-də 150 sm) təşkil edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR