Multikulturalizm Mərkəzinin “Qafqaz Albaniyasını öyrənirik” layihəsi

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) bugünlərdə "Qafqaz Albaniyasını öyrənirik" layihəsinə start verib. Layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində "Yelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirik" mövzusunda növbəti mühazirə təşkil olunub. Mərkəzdən "Olaylar" - a bildirilib ki, mühazirədən öncə BBMM-in əməkdaşı Yadigar Məmmədli layihə haqqında məlumat verib. Mühazirəni Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa oxuyub. Mühazirəçi Azərbaycanın qədim, köklü soylarından olan udilər haqqında tələbə və professor-müəllim heyətinə ətraflı məlumat verib. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR