Beynəlxalq müsabiqəsinin işçi görüşünün protokolu imzalanıb

Martın 17-də Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycan, Rusiya və Qazaxıstan nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə cari ilin avqust ayında ölkəmizin ərazi sularında keçirilməsi planlaşdırılan "Dəniz kuboku - 2017" beynəlxalq müsabiqəsinin işçi görüşünün yekununa dair birgə protokol imzalanıb. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, sənəddə yarışlarda iştirak edəcək ölkələrin suüstü gəmilərinin heyətləri arasında dəniz vərdişləri üzrə müsabiqənin keyfiyyətli təşkili və keçirilməsi məsələləri əks olunub. Protokolda müsabiqənin təşkil olunacağı yerə baxışın keçirilməsi, maddi-tədris bazasının hazırlanması, iştirakçıların, o cümlədən müxtəlif nümayəndələrin qarşılanması, yerləşdirilməsi, təminatı və yola salınması, həmçinin bir sıra digər məsələlər nəzərdə tutulur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR