Spiker: “ÜDM artımı baş verməsə də, bəzi sahələrdə nailiyyətlər əldə edilib”

"Ötən il dünya iqtisadiyyatında qeyri-müəyyən vəziyyət davam edib. Azərbaycan prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya iqtisadiyyatında cərəyan edən mənfi proseslərin ölkə iqtisadiyyatına təsirinin azaldılması mümkün olub".
"Olaylar" xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında spiker Oqtay Əsədov Nazirlər Kabinetinin 2016-cı il üzrə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib. 

O.Əsədov qeyd edib ki, ötən il ÜDM artımı baş verməsə də, bəzi sahələrdə nailiyyətlər əldə edilib: "ÜDM istehsalında qeyri-neft sektorunun payı 63,4 faiz təşkil edib. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "doing biznes" hesabatında işgüzar mühitin əlverişliliyinə görə Azərbaycan 190 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Dörd göstərici üzrə Azərbaycan ilk pillələrdə yer alıb. Ötən il sosial infrastruktur layihələrinin həyata keçirilməsinə 15 milyard manat vəsait yatırılıb".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR