Diaspor nümayəndələri Cocuq Mərcanlıda olublar

Azərbaycan dövləti tərəfindən Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Prezidentin sərancamına əsasən tikinti-abadlıq işlərinə başlaması hər bir diaspor üzvləri tərəfindən böyük sevinclə qarşılanıb. Məhz buna görə də Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin və Diaspor Jurnalistləri Birliyi birgə təşkilatçılığı ilə xaricdə yaşayan və təhsil alan soydaşlarımızın Cocuq Mərcanlı kəndinə səfəri olub. "OLAYLAR"-ın xəbərinə görə, səfərdə Rusiya, Hollandiya, Polşadakı diaspor üzvləri iştirak ediblər. Eyni zamanda səfərə "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı, Dünya Gənc Türk Yazarlar Birliyi və digər vətəndaş cəmiyyəti nümayəndələri qoşulublar. Səfər Azərbaycan torpaqlarının azadlığı uğurunda canlarından keçən vətən övladlarının ruhuna hörmət olaraq Bakıdakı Şəhidlər Xiyabanından başlayıb. Cocuq Mərcanlı kəndində səfər iştirakçılarını Müdafiə Nazirliyinin hərbiçiləri və Daxili İşlər Nazirliyinin polisləri müşayiət ediblər. Səfərdə Cocuq Mərcanlı kəndindəki yeganə ailəni başçısı Oqtay Həziyevlə görüşüblər. Həmçinin kəndə aparılan tikinti-abadlıq işləri ilə yaxından tanış olublar. Daha sonra diaspor və vətəndaş cəmiyyəti üzvləri N saylı hərbi hissədə olublar. Əsgərlərimizi Novruz bayramı münasibəti ilə təbrik ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR