“İcra orqanları tərəfindən süründürməçilik halları davam edir”

"İcra orqanları tərəfindən süründürməçilik halları davam edir". "Olaylar" xəbər verir ki, bunu Millim Məclisin iclasında Əmək və sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib.
Hökumətin 2016-cı il hesabatına münasibət bildirən H.Rəcəbli qeyd edib ki, 2016-cı il hökumətdəki struktur islahatları ilə yadda qalıb: "Xüsusilə də bank və maliyyə, vergi və gömrük sektorunda ciddi islahatlar aparılıb. Ölkədə 1 800 ailə özünəməşğulluqdan istifadə edib. Əsas məsələ məşğulluğun artırılmasıdır. Kənd təsərrüfatı və türzimin inkişafı prioritet sahələrdəndir. Amma icra orqanları tərəfindən süründürməçilik halları davam edir. Buna görə də kiçik sahibkarlıq inkişaf etmir. Buna ciddi yanaşmaq lazımdır. Nöqsanlar bu gün də var".

Millət vəkilinin sözlərinə görə, Novruz bayramında İrandan Azərbaycana 500 turistin gələcəyi gözlənilir: "Azərbaycan gömrükçülərinin səyinə baxmayaraq, İran tərəfi sərhəddə birnövbəli 8 saatlıq iş növbəsi yaradıb. Bu ölkəyə gələn turist çox pis vəziyyətlə qarşılaşacaq".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR