Deputat yeni müharibə konsepsiyası təklif edib

"Keçən il yaxşı işləyən anzirliklər və qurumlar vardı. Bəzi nazirləriklər islahatlarla bağlı irəliləyişlər ediblər".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı millət vəkili Fərəc Quliyev deyib. F.Quliyev qeyd edib ki, Daxili İşlər Nazirliyində mülki şəxslərin işlə təmin olunması istiqamətində addımlar atılıb: "Lakin bizim nöqsanlarımız da var. Məsələn, keçən il tarif Şurası qiymətləri qaldırdı, 15% bahalaşma oldu. Dövlət başçısı bahalaşmanı nəzərə alaraq, maaş və təqaüdləri qaldırmalıdır ki, insanlar bahalaşmanı hiss etməsinlər".

Millət vəkili bildirib ki, problemli kreditlər məsələsi də həll olunmamış qalır: "Kredit götürənlərin vəziyyətini yaxınlaşdırmaq üçün yüngülləşdicirici sxem hazırlanmalıdır. Amma bununla bağlı problem öz yerində qalır".

Fərəc Quliyevin sözlərinə görə, dövlət qurumları və nazirliklərdə israfçılıqlar var: " Elə nazirliklər var ki, milyonlarla manat vəsaitləri havaya sovururlar. Bu məsələ ciddi şəkildə nəzərə alınmalıdır, çünki bizim maliyyə problemlərimiz var".

Millət vəkili təklif edib ki, Milli Məclisdə Dağlıq Qarabağla bağlı komitə yaradılmalıdır: "Bizim əsas məqsədimiz Dağlıq Qarabağı işğaldan azad etmək olmalıdır. Xarici İşlər Nazirliyi də əsas fəaliyyətini bu məsələnin üzərində qurmalıdır, bir qədər ciddiyyətimizi artırmalıyıq. Kəskin mövqe ortaya qoymalıyıq. Yeni müharibə konsepsiyası hazırlanmalıdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR