2 nömrəli Bakı Baza Tibb Kollecində seminarlar keçirilib

2 nömrəli Bakı Baza Tibb kollecində 0-3 yaşında uşaqların fiziki və psixo-emosional inkişafında geriqalma hallarının erkən aşkarlanması və vaxtında düzgün müdaxilə etməklə əlilliyin qarşısının alınmasına dair seminarlar keçirilib.Seminar "İcmaya əsaslanan sağlamlıq" proqramı çərçivəsində təşkil olunub.

Nazirlikdən "Olaylar" - a bildirilib ki, Seminarlar Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının İnkişaf pediatriyası sahəsində həyata keçirdiyi layihələr əsasında təşkil olunub.  Kollecdə təkmilləşdirmə kurslarını keçən pediatriya xidmətində çalışan tibb bacıları iştirak edib, uşağların fiziki və psixo-emosional inkişafının dəstəklənməsi və müdaxiləsi mövzusuna dair məruzələr dinləyiblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR