“Pul aclığı” yaratmaq üsulu ilə milli valyutanı qorumaq mümkün deyil

Əli Məsimli: "Bu halda iqtisadi fəallıqdan və qeyri-neft sektorunun normal inkişafından danışmağa dəyməz"
 

Milli valyutanın devalvasiyasının Azərbaycan banklarına yaratdığı çətinliklər, aktivlərin keyfiyyətinin zəif olması səbəbindən bankların davamlı olaraq kapital çatışmazlığı ilə üzləşməsi, yüksək dollarlaşma və valyuta uyğunsuzluğu prosesi davam edir. Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən VI illik konfransında məlumat verilib. Agentliyin mütəxəssisləri hesab edir ki, 2017-ci ildə bank sektorunun itkiləri davam edəcək və Azərbaycanın bir çox bankları üçün reytinq proqnozu neqativ olacaq. "2016-cı ilin sonuna ölkədə qeyri-işlək aktivlərinin həcmi ümumi kredit portfelinin 21%-nə çatıb. Halbuki, bu göstərici 2015-ci ildə 12% təşkil edib. Biz xarici valyutada olan kreditlərin 2017-ci ildə də böyük təzyiq yaradacağını planlaşdırırıq. Bundan başqa, bu il kredit portfelinin 5% azalacağını proqnozlaşdırırıq. Aktivlərin keyfiyyətinin aşağı olması və xarici valyuta riskləri səbəbindən yaranan kapital çatışmazlığı 2017-ci ildə bir çox banklara mənfi təsir edəcək və sektorda sağlamlaşdırma tədbirləri görüləcək" , - deyə məlumatda vurğulanıb. Millət vəkili Əli Məsimli hesab edir ki, Mərkəzi Bank dövriyyədəki pul kütləsini azaltmaqla "pul aclığı" yaradır. Həddindən artıq yüksək olan faiz dərəcələrinin onsuz da resessiyadan əziyyət çəkən iqtisadiyyatımızı əlavə olaraq "pul aclığı" ilə də imtahana çəkilir". Onun sözlərinə görə, hökumət manatın sürətlə ucuzlaşmasının qarşının alınması və milli valyutanın aktivliyini bərpa edilməsindən ötrü səylər göstərir. "Fitch"-in proqnozlarına gəldikdə millət vəkili bildirib ki, adıçəkilən beynəlxalq reytinq agentliyi bu il manatın məzənnəsinin1.76 ətrafında olcağı barədə proqnozu manatın dollar nisbətdə 2017-ci il orta məzənnəsinin 1.76 manat ətrafında saxlamaq istəyinin "Fitch"-in dili ilə ifadəsidir: "Həmin rəqəm manatın hazırkı dövrüçün real məzənnsi olmasa da,bu proqnoz makroiqtisadi sabitliyi təmin etməkdən ötrü Neft Fondundan Mərkəzi Banka ayrılan 7,5 milyard manat ekvivalentində 4 milyard dollardan artıq vəsait ayrılmasından qaynaqlanır.Mərkəzi Bankın öz valyuta ehtiyatları isə 4 milyard dollardan çoxdur. Bu, müəyyən vaxt kəsiyində manatın nisbi sabitliyinin təmin edilməsi üçün yetərlidir. Manata müsbət təsir edəcək digər bir amil gələn aydan başlayaraq Azərbaycana xaricdən turist axınının artan xəttlə gözlənilən artımı ilə bağlıdır. Xüsusən yay aylarında turist axınının sürətlənməsi dollar təklifini artıracaq və bu da həmin mövsümdə dollar təklifinin həcmindən asılı olaraq nağd bazarda məzənnənin sabit qalmasına və ya bir qədər enməsinə təsir edə bilər. Amma müvəqqəti...."- deyə, millət vəkili vurğulayıb. Millət vəkili qeyd edib ki, sərt pul-kredit siyasətinin tətbiqinin məqbul dozada və optimal müddətdə həyat keçirilirsə, bu milli valyutanın məzənnəsinin nisbi sabitliyini təmin edir və nəticədə qiymət artımı zəifləyir və inflyasiya səngiyir: "Fevralın əvvəllərində başlayaraq ay yarımdır ki,manat müəyyən qalxıb-enmələrlə nisbi sabit durumdadır.Amma qiymətlər artmaqda davam edir.Çünki monopoliya iqtisadi qanunauyğunluqların Azərbaycan iqtisadiyyatında və sosial sferada yer almasına imkan vermir". Ə.Məsimli əlavə edib ki, Mərkəzi Bankla Maliyyə nazirliyi sərt maliyyə-pul-kredit siyasəti həyat keçirir: "Dövriyyədəki pul kütləsini azaltmaqla "pul aclığı" yaradılır. Amma hökumət onun da fərqində olmalıdır ki, sərt maliyyə-pul-kredit siyasətinin tətbiq müddətindən ən uzağı ilyarımı keçdikdən sonra əks effekt verib iqtisadiyyatın digər sahələrinə, xüsusən də emal sənayesinə çox mənfi təsir göstərməyə başlayır. Bu baxımdan Mərkəzi bankla Maliyyə Nazirliyinin həyata keçirdiyi sərt maliyyə-kredit və pul siyasətində ifrata varıldığından və bütün məqbul zaman həddləri keçildiyindən, ötən əsrin 90-cı illərində BVF-in postsovet məkanı ölkələrinə təklif etdiyi "şok terapiyası" siyasətinin 2017-ci ildə də davam etdirilməsi və "terapiyasız şok" mahiyyəti daşımağa başaladığından, artıq bundan sonra davam etdirilməsinin yeri olmayan, lüzumsuz, mənasız və ziyanlı bir variantına çevrilib. Əgər Mərkəzi Bank və Maliyyə Nazirliyi ölkədə inflyasiyanın artmaması üçün "pul aclığı" yaratmaq üsulu ilə milli valyutanın məzənnəsini süni surətdə saxlamaq variantını davam etdirsələr, Azərbaycanda hər hansı dairəsi genişlənən iqtisadi fəallıqdan və qeyri-neft sektorunun normal inkişafından danışmağa dəyməz. Hazırkı məzənnə siyasəti şəraitində bank və maliyyə spekulyasiyaları (məsələn,manata nisbətdə dolların məzənnəsinin son oynamalının Azərbaycan iqtiasadiyyatı ilə heç bir əlaqəsi yoxdur və bankların Novruz bayramına gələn xarici turistlər hesabına əlavə qazanmağa hesablanıb) yüksək bank faizləri istehsalı maliyyləşdirməyə imkan vermir". Millət vəkili onu da bildirib ki, həddindən artıq yüksək olan faiz dərəcələrinin onsuz da resessiyadan əziyyət çəkən iqtisadiyyatımızı əlavə olaraq "pul aclığı" ilə də imtahana çəkilir: "Bu siyasət davam etsə həm mövcud, həm də qurulmağa başlanan emal sənayesinin xeyli hissəsini sıradn sıxaracaq. Ona görə də sərt pul kredit siyasəyinin ifrata varma variantından optimal variantına keçmək lazımdır ki, qeyri-neft sektorunun inkişfına yönəlmiş mütərəqqi təşəbbüslər elə rüşeymindəcə boğulub sıradan çıxmasın". O, deyib ki, əgər, məsələn,manatın məzənnəsini 6-7 ay, maksimum 1 il nisbi sabit saxlamaqdan ötrü Neft Fondunun 4 milyard dollardan artıq vəsaiti cəlb olunursa, onda iqtisadi siyasət elə qurulmalıdır ki,ölkə daxilində heç olmasa əlavə olaraq 1 milyard dollarlıq idxalı əvəz edən məhsul istehsalı artımına nail olaq və həm də qeyri neft sektorunun eksport potensialı əlavə olaraq 1 milyard dollarlıq artıra bilək: "Bu, olamyacaqsa, Neft Fondundan manatın nisbi sabitliyinin təmin olunmasına yönəlik həmin 4 milyard dollar son illər manatın nisbi sabitliyini qorumaq üçün sərf oluna on millyardlarla dollarların taleyinə bənzər formada boşuna sərf olunacaq. Çünki yaxın illərdə qeyri neft sektorunu inkişaf etdirib həm 3-4 milyard dollarlıq əlavə idxalı əvəz edən məhsul istehsalını və qeyri-neft ixracını da azı 3-4 milyadr dollarlıq artıara bilməyəcəyiksə, manatın nisbi sabitliyinin bu cür süni surətdə saxlanılması 2017-ci ildə olduğu kimi, 2018-ci və sonrakı illərdə də Neft Fondundan 3- 4 və sair milyard dolar əlavə valyuta ayrılmasını tələb edəcək. Bu, perspektivsiz yoldu". Millət vəkili hesab edir ki, manatın dayanıqlığını etibarlı şəkildə təmin etməkədn ötrü,yerli istehsalın yerli tələbatı ödəmə və xarici valyuta qazanma imkanlarından dolğun və səmərəli istifadə etmək lazımdır: "Qeyri-neft sektorunun inkişafının kəmiyyət, keyfiyyət və səmərəlilik göstəricilərinin yaxşılaşdırılması, rəqabət qabiliyyətinin yüksəldilməsi, idxalı əvəz edən və ixrac yönlü məhsul istehsalının artırılması hesabına həm idxalı əvəz edib valyuta ehtiyatlarımıza qənaət edilməsi və həm də ixracı artırıb əlavə valyuta qazanılması işinin əhəmiyyətinin artırılması sahəsindəki işləri sürətləndirmək lazımdır".

Alim 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR