Binəqədidə “İslam ölkələrinin həmrəylik festivalı” keçirilib  

"İslam Həmrəyliyi İli" çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə "İslam ölkələrinin həmrəylik festivalı" keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, festivalda rayon rəhbərliyi, millət vəkilləri, Sudan, İraq, İndoneziya Respublikasının səfirləri, Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Qətər dövləti, Birləşmiş Ərəb Əmirliyi, Pakistan İslam Respublikası, Türkiyə Respublikasının diplomatları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Hər ölkə üçün ayrılmış çadırlarda qonaqlara və sakinlərə islam ölkələrinin müxtəlif mədəni, tarixi nümunələri, milli geyimləri, turizm potensialı və mətbəx nümunələri təqdim edilib. İslam dünyasının çoxəsrlik maddi-mədəni irsini, qədim milli adət-ənənələrini özündə əks etdirən eksponatlar və milli mətbəx nümunələri rayon ictimaiyyətinin və qonaqların böyük marağına səbəb olub. Daha sonra qonaqlar Azərbaycan çadırına təşrif buyuraraq, Odlar Yurdu Azərbaycanın çox əsirlik qədim adət-ənənələri, milli mətbəxi, zəngin tarixi nümunələri ilə tanış olublar. O cümlədən, Azərbaycan çadırında qonaqlara Şərq rəqsi, "Novruz gəlir" mahnısı, Yallı rəqs nümunələri göstərilib və Qədim ənənələrimizin canlandırıldığı şənlikdə Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət edib. Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruzun gəlişi münasibətilə təşkil olunan Həmrəylik festivalı sakinlər tərəfindən böyük maraqla qarşılanıb. Bayram tədbirinin yekununda İslam ölkələrinin adları əks olunmuş şarlar havaya uçurulub və atəşfəşanlıqla yekunlaşıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR