Bayram günlərində stansiyalarda konsert proqramı təşkil olunacaq

Novruz bayramı münasibəti ilə "Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. Bu barədə məlumat "OLAYLAR"-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Metropolitendən istifadə edən sərnişinlərdə ruh yüksəkliyi yaratmaq, onlara bayram ovqatı bəxş etmək məqsədilə martın 20-dən 23-dək sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub. Konsert proqramı- "İçərişəhər", "28 May", "Elmlər Akademiyası" və "Memar Əcəmi" stansiyalarında təşkil ediləcək.

Qeyd edək ki, buna qədər "Bakı Metropoliteni" QSC-nin sosial layihəsi çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi, Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivin ifalarında dünya və Azərbaycan musiqisinin klassik sənət nümunələri, Azərbaycan folkloru və milli musiqi sənətinin seçilən parçaları sərnişinlərə təqdim olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR