Multikulturalizm Mərkəzində Novruz bayramı

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) "İslam Həmrəyliyi ili" çərçivəsində Novruz bayramına həsr olunan tədbir keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşları, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən etnik və dini icmaların rəhbərləri, "Multikulturalizm" jurnalının redaksiya heyəti, AMEA-nın alimləri, Yaradıcılıq Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələrinin iştirak etdiyi bayram tədbirini Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla açaraq qonaqları Novruz bayramı münasibətilə təbrik edib. Dövlət müşaviri Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci ilin "İslam həmrəyliyi ili" elan olunduğunu xatırladaraq bu ili "Multikulturalizm ili"nin məntiqi davamı kimi səciyyələndirib. Dövlət müşaviri çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Larisa Reyxrudelin ölkəmizin ictimai həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilməsi ilə bağlı imzaladığı Sərəncamı tədbir iştirakçılarının diqqətinə çatdırıb və orden Larisa Reyxrudelə təqdim edilib.

Larisa Reyxrudel çıxışında bu təltifin gözlənilməz olduğunu bildirib və ictimai fəaliyyətinə verdiyi yüksək dəyərə görə Prezidentə dərin minnətdarlığını ifadə edib:

Müxtəlif etnik qrupların və konfessiya nümayəndələrinin qatıldığı və rəngarəng multikultural bayram tədbirində millət vəkili Mixail Zabelin, Bakı Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Milli Kitabxananın direktoru Kərim Tahirov, AMEA-nın Folklor institunun direktoru Muxtar İmanov, Talış icmasının rəhbəri, ədəbiyyatşünas alim İmamverdi Həmidov, professor Solmaz Tovhidi,tatar icmasının rəhbəri Gülcan Myasoutova, Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Avropa Yəhudiləri icmasının ravvini Şneor Seqal, Bakı Yevangelik Lüteranların dini icmasının rəhbəri Vera Nesterova, Azərbaycandakı "Arqo" yunan cəmiyyətinin sədri Səidə Mehdiyeva, Alban-Udi Xristian dini icmasının rəhbəri Robert Mobili, "Ronahi" Kürd Mədəniyyət mərkəzinin rəhbəri Fəxrəddin Paşayev və başqaları Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərək hər evə, hər ailəyə ruzi-bərəkət, sevinc, xoşbəxtlik arzularını çatdırıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR