Bakıda Macarıstan Günləri

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi və Macarıstan Respublikası Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin, Macarıstan Respublikasının Azərbaycandakı Səfirliyinin, Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə İmre Madaçın "İnsanın faciəsi" kitabının təqdimatı ilə "Bakıda Macarıstan günləri"nin açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Macarıstanın Azərbaycandakı səlahiyyətli səfiri İmre Laslotski Azərbaycan dilində hər kəsi salamlayaraq, iştirakçıların Novruz bayramını təbrik etdi, tədbirin təşkil olunmasına görə təşkilatçılara təşəkkürünü bildirdi. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan və Macarıstan arasındakı mənəvi bağların dərinliyindən danışaraq macar xalqını daha yaxşı əsrin əvvəllərində Əli bəy Hüseynzadənin "Haqq-ı Pərəstan" adlandırması ilə tanıdığımızı diqqətə çatdırdı.

"İnsanın faciəsi" kitabının tərcüməçisi Rasim Müzəffərli əsərin onun ilk tərcümə işi olduğunu dilə gətirdi. İmre Madaç kimi dahi yazarın əsərinə müraciət etməyin məsuliyyətini və çətinliyini dilə gətirən R.Müzəffərli kitabda Maria Kenneşinin məsləhət və tövsiyyələrindən bəhrələndiyini dedi.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli Maria Kenneşinin həyatı ilə bağlı qısa arayış verdi. Maria Kenneşə akademik İsa Həbibbəyli tərəfindən Azərbaycan Yazıçılar Birliyinin vəsiqəsi və hədiyyələr təqdim edildi. Tədbir zamanı iştirakçıları Azərbaycanın əməkdar artisti Gülnaz İsmayılova tərəfindən macar bəstəkarı Ferens Listin əsərindən ibarət musiqi parçaları təqdim edildi. Qeyd edək ki, tərcümənin redaktoru, Bakı Dövlət Universitetində təhsil almış, Azərbaycan-Macarıstan ədəbi əlaqələrinin inkişafında yaxından iştirak edən macar mütəxəssisi Maria Keneşidir.

Ümumbəşəri dəyərlərin təbliğinə və dünya azərbaycanlılarının macar ədəbiyyatının incilərindən sayılan əsərlə tanış olmasına xidmət edən bu nəşrin tərcümə edilməsi görkəmli türkoloq alim Georq Hazainin böyük arzusu idi. Onun qızı Sesilia Hazainin rəhbərlik etdiyi "Twin Media" şirkəti layihənin həyata keçirilməsində yaxından iştirak edib, "1001 kitab" nəşriyyat evinin tərəfdaşı olub. Kitabın məsləhətçisi Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanovadır.

Qeyd edək ki, 17 mart 2017-ci il tarixdə "Bakıda Macarıstan günləri"nin ikinci hissəsi Macarıstan Respublikasının Azərbaycandakı Səfiri İmre Laslotskinin, Professor Janos Hovarinin və digər qonaqların iştirakı ilə saat 11:00 - da başlayacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR