BP ilə layihə həyata keçiriləcək

Bakı Ali Neft Məktəbi ilə BP və Twenty Eighty Strategy Execution şirkətləri arasında əməkdaşlıq çərçivəsində "Layihələrin idarə olunmasi məktəbi"nin (School of Project Management-SPM) açılış mərəsimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə BP və BANM rəhbərliyinin, SPM məzunlarının, AMCHAM (Amerika Ticarət Palatası), BBG (Britaniya Biznes Qrupu) və AHK-in (Almaniya-Azərbaycan Ticarət Palatası) nümayəndələri iştirak ediblər."BP Azərbaycan" şirkətinin əlaqələr, xarici işlər və regional strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışında bu gün təhsil müəssisələri ilə aparıcı şirkətlərin əməkdaşliq etməsinin aktual olduğunu söyləyib, "Layihələrin idarə olunmasi məktəbi" çərçivəsində BANM ilə əməkdaşlıq nəticəsində daha böyük nailiyyətlər qazanılacağına inandığını bildirib. BANM-in rektoru Elmar Qasımov ali məktəbin BP və digər transmilli şirkətlərlə əlaqələrin inkişafında maraqlı olduğunu, "Layihələrin idarə olunması məktəbi" layihəsi çərçivəsində nəticələri ABŞ-ın Corc Vaşinqton Universiteti tərəfindən qiymətləndiriləcək məzunların BANM-də yüksək biliklərə yiyələləcəklərini qeyd etmişdir. Twenty Eighty Strategy Execution şirkətinin proqram meneceri Ed Hyuz BANM-də tələbələr üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olduğunu söyləmiş, bu layihədə iştirak edən hər bir mütəxəssisin idarəetmə, planlaşdırma və büdcəyə nəzarət, risklərin idarə olunması, liderlik və keyfiyyət kimi aspektləri daha dərindən öyrənmək imkanı qazandığını vurğulayıb. Sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR