ADU-nun dosentinin məqaləsi beynəlxalq jurnalda yer alıb

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Sosial elmlər kafedrasının dosenti Şəfəq Abdullayevanın "Devalvasiya iqtisadi artım və ya böhranın səbəbi kimi" ("Devaluation as a Reason for Economical Growth or Crisis") mövzusunda məqaləsi dünyanın nüfuzlu impakt faktorlu "International Journal of Economics and Finance"da dərc olunub. Kanadanın Elm və Təhsil Mərkəzində çapdan çıxmış jurnalda yer alan məqalədə devalvasiyanın konseptləri, onların növləri, açıq və qapalı devalvasiya, bəzi ölkələrdə devalvasiya, həmçinin dünya bazarında neftin qiymətinin kəskin düşməsi səbəbi ilə yaranan iqtisadi böhran, milli valyutanın devalvasiyası məsələləri izah olunub. Bundan əlavə, məqalədə devalvasiyanın iqtisadiyyata təsiri, onun mənfi və müsbət aspektləri, səbəbləri və nəticələri təhlil olunub. Məqalədə devalvasiyanın həlli yolları, bəzi ölkə modelləri əsasında böhran vəziyyətində uğurlu addımların atılması ilə bağlı təkliflər verilib.

Qeyd edək ki, bundan öncə də Ş.Abdullayevanın bir çox məqalələri müxtəlif ölkələrdə çap olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR