Mikrodalğalı sobanı təmizləmək üçün 5 ADDIM

Mikrodalğalı soba təmizləmək qadınlar üçün bəzən işgəncəyə çevrilə bilər. Əksərən mikrodalğalı soba istifadə etdikdə onun təmizliyinə də çox vaxt ayırmaq olmur. Təqdim edəcəyi bir neçə praktik üsulla mikrodalğalı sobanızı tərtəmiz saxlaya biləcəksiniz.

Vəsaitlər:

- Kasa və ya kiçik qab

- 1 ədəd limon

- Su

1-ci addım

Mikrodalğalı sobanızda qalıqlar varsa, yaş bezin köməyi ilə təmizləyin.

2-ci addım

Limonları 9 dilimə ayırın və kasanın içinə qoyaraq içərisinə daşmayacaq miqdarda su tökün.

3-cü addım

Kasanı mikrodalğalı sobanın içinə qoyun və yüksək səviyyədə qaynayana qədər saxlayın.

4-cü addım

Su qaynamağa başladığı an sobanı söndürün. Ancaq buxarın sobanın içinə yaxşıca yayılmas üçün kasanı sobadan çıxarmayın. 5 dəqiqə qaldıqdan sonra yenidən işə salın.

5-ci addım

Kasanı sobada 5 dəqiqə saxladıqdan sonra götürün və sobanın içərisini quru bezlə silin. Aile.lent.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR