Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi elan olunub

Elmin İnkişafı Fondu 2-ci Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsini elan edib. Fondun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, müsabiqə Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər dörd tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə elan olunub. Müsabiqə çərçivəsində fundamental və tətbiqi xarakterli layihələr və 100 000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək. Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il martın 16-dan mayın 15-i saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin Belarus Respublikasının Dövlət Elm və Texnika Komitəsinin məcburi dövlət ekspertizasının bitmə tarixindən asılı olaraq, 2017-ci ilin sentyabr ayında açıqlanması planlaşdırılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR