Narkomaniyaya qarşı mübarizədə din faktoru

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon Polis Şöbəsi və Quba Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Quba şəhəri 4 saylı humanitar təmayüllü məktəb-liseydə "Narkomaniyaya qarşı mübarizədə din faktoru" adlı tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə ilk çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, Azərbaycan əhalisinin böyük əksəriyyətinin etiqad etdiyi İslam dinində narkomaniya kimi insanın sağlamlığına ziyan olan pis vərdişlər qadağan edilib. O, qeyd edib ki, gənc nəsil narkomaniya və bu kimi digər pis vərdişlərdən uzaq durmaqla özündən sonrakı nəslə sağlam yol açmış olur.

Quba Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Mirnemət Mirbabayev çıxışında narkomaniyaya aludə olmuş insanların cəmiyyətdən necə təcrid olunduqlarını, onların öz yaxınları tərəfindən də qəbul edilmədiklərini yeniyetmə və gənclərin diqqətinə çatdırıb. Quba Rayon Mərkəzi Xəstəxanasının Konsultasiya-poliklinika şöbəsinin həkimi Elçin Yarməmmədov çıxışında əsasən narkomanlığın insan bədəninə mənfi təsirindən, sağlam bədənin qısa müddətdə gücdən düşərək xəstə bədənə çevirilməsindən, psixotrop maddələrdən asılılığın günbəgün artmasından və s. danışıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR