Nevroloqlarının VI konfransı

Martın 16 - da Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan nevroloqlarının VI konfransının açılışı olub. Nazirlikdən "Olaylar"- a bildirilib ki, konfransı giriş sözü ilə açan institutun rektoru professor N.A.Qasımov Azərbaycanda nevrologiyanın inkişafında institutun sinir xəstəlikləri kafedrasının rolundan danışıb.

Konfransın ilk gününün birinci hissəsində professor Şirəliyeva R. dağınıq sklerozun diaqnostikasında çətinliklər və səhvlər barədə məruzə edib.

Konfransın digər mühazirəçisi, ATU-nun nevrologiya və tibbi genetika kafedrasının müdiri, ə.e.x., professor Mahalov Ş. irsi xəstəliklərdən olan Hanqtinqton xoreyası barədə çıxışını iştirakçıların nəzərinə çatdırıb.

Kofransın birinci hissəsi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun sinir xəstəlikləri kafedrasının dosenti, t.e.d. R.Həsənovun "Nevroloji praktikada yuxu pozulmalarinin diaqnostikasina yanaşmalar" adlı məruzəsi ilə yekunlaşıb.

Qeyd edək ki, konfrans öz işini 17 mart 2017-ci il tarixində də davam etdirəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR