Daha 3 dini təhsil müəssisəsinə şəhadətnamə təqdim edilib

Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınmış dini təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib. "OLAYLAR"-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, komitə sədri Mübariz Qurbanlı ölkəmizdə uğurla formalaşdırılan dövlət-din münasibətləri barədə danışıb. Komitə sədri İslam dünyasının bir parçası kimi Azərbaycanda milli-mənəvi dəyərlərin və xalqımıza məxsus xüsusiyyətlərin qorunub saxlandığını diqqətə çatdırıb. Xalqımızın tarixdən gələn bu ənənələrin gələcək nəsillər tərəfindən də davam etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışının sürətləndiyini bildirən Mübariz Qurbanlı ölkəmizin dünyaya inteqrasiya etdiyi dövrdə milli-mənəvi dəyərlərimizi qorumağın önəmli olduğunu qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin memarı olduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri sayəsində bu gün Azərbaycanın tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə dünyada örnək ölkələrdən biri olduğunu və respublikamızda hər hansı bir məzhəb ayrı-seçkiliyinə rast gəlinmədiyini vurğulayıb. Komitə sədri məhz bu prinsiplər əsasında 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunduğunu qeyd edib.

Qeyd edək ki, bundan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 7 dini təhsil müəssisəsinə şəhadətnamələr təqdim edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR