"İntihar etmək istədiyini dedi" - Qələm dostlarından ürək dağlayan SÖZLƏR

Bu gecə gənc yazar Mövlud Mövlud intihar edib. Onun intiharı tanıyan hər kəsi şoka salıb və heç kim bu xəbərə inanmaq istəmir.

Image result for Ehtiram İlham

Mövludun şair dostu Ehtiram İlham onun son vaxtlar depressiyada olduğu söyləyib: "Mövludun belə bir addım atdığına inana bilmirəm. Yanvarda mənim ad günümə gəlmişdi, amma əvvəlki kimi deyildi. Son vaxtlar depressiyada idi. Hətta məclislərin birində intihar etmək istədiyini dedi. Biz bunu zarafat kimi qəbul etdik, inanmadıq. Heç kim onun belə bir addım atacağını ağlına gətirməzdi. Problemlər var idi, amma ona görə adam intihar edərmi? Mövludun intihar etdiyini dərk edə bilmirəm".

Image result for Pərviz Cəbrayıl

Yazar Pərviz Cəbrayıl hadisəni eşidəndəndə söz deyəcək halda olmadığını bildirib: "Bir az əvvəl siqaret çəkəndə Aqşin Evrənə deyirdim: "Vallah, adam bezir, məzuniyyət götürüb dünyadan gedəsən"... Otağa girdim, Mövludun qara xəbərini aldım. Dünən işdən çıxanda görüşdük, üzünə baxdım, həyat yox idi varlığında, həyatda yox idi, istədim deyəm, amma demədim...".

Image result for Azər Turan

Tənqidçi Azər Turan deyib ki, Mövludun bu addımına deyəcək söz tapmır: "Mövludla sonuncu dəfə teleqraf.com üçün aldığı müsahibədə görüşdük. Adamın inanmağı gəlmir. Allah rəhmət eləsin".

Related image

Yazar Şərif Ağayar hələ ki, danışacaq halda olmadığını qeyd edib. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR