Hollandiya Qərbdə müsəlman ölkələrinə qarşı yeridilən siyasətdə forpost rolu oynayanlardan biri kimi

Sahib Alıyev: "Bu düşüncənin və siyasətin adı- islamafobiya, ksenofobiya, rasizm və türk düşmənçiliyidir"

Hollandiyada uğurlu diaspor fəaliyyəti ilə məşğul olan, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlər göstərən Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkının məhkəmə çəkişməsi davam edir. Bu ölkədə yaşayan ermənilərin böhtan və qondarma ittihamları əsasında elə erməni yalanlarına şərik olan Hollandiya məhkəməsi martın 17-də İlhan Aşkınla bağlı son qərarı verəcək. Əvvəlcədən proqnozlaşdırmaq olar ki, Holland məhkəməsi qəbul edəcəyi qərar zamanı ədalət prinsipini bir kənara qoyaraq erməni maraqlarına xidmət edən mövqe ortaya qoyacaq. Zatən haqsız məhkəmə çəkişməsi bunun sübutudur. Bura bir də hazırkı situasiyada Türkiyə ilə münasibətlərin gərginləşməsini əlavə etsək, o zaman diaspor fəalımız üçün martın 17-si tarixinin o qədər də uğurlu olmayacağı qənaətinə gəlmək olar. Məlumat üçün qeyd edək ki, İlhan Aşkın Hollandiyada Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı keçirilən etiraz aksiyalarından birində işğalçıları nəzərdə tutaraq "Qarabağ ermənilərə məzar olacaq" sözlərinə görə məhkəməyə verilib. Millət vəkili Sahib Alıyev qeyd edib ki, Xocalı soyqırımını törədən işğalçıları hədəfləyən bu fikirlər haylarla yanaşı, Hollandiyadakı bəlli çevrələrin də xoşuna gəlmir. Parlamentarinin sözlərinə görə, bəlkə ona görədir ki, Xocalı soyqırımı həmin çevrələrin yadına Srebrenitsa soyqırımını salır: "O soyqırımını ki, baş verməsində Türkiyə Prezidenti cənab Ərdoğanın da 3 gün öncə vurğuladığı kimi Hollandiya az sorumluluq daşımır. Axı 1995-ci ilin 11 iyulunda törədilən Srebrenitsa soyqırımı BMT-nin 600 hollandiyalı sülhməramlısının qorxaqlığı üzündən olmuşdu. Hollandlar üzərilərinə düşən vəzifəni yerinə yetirməyərək, yəni şəhəri serb millətçilərindən qorumayaraq general Radovan Karaçiçə ordusuyla ora soxulub ikinci dünya savaşından sonra Avropada baş verən ən böyük kütləvi qətli törətməyə şərait yaratdılar. 8 min boşnak öldürüldü. Xatırladaq ki, məhz bu davranışına görə Hollandiya məhkəməyə verilərək ondan təzminat tələb edildi. Tələbin rədd olunmasına baxmayaraq, Hərbi Sənədlər İnstitutunun apardığı müstəqil araşdırmalar nəticəsində Srebrenitsa soyqırımında hollandların təkcə hərbiçilərin qorxaqlığının deyil, siyasətçilərinin laqeydlik və məsuliyyətsizliyin də az rol oynamadığı üzə çıxandan sonra orada hökumət istefaya da getmişdi. Bəli, bir qrup "məsuliyyətsiz siyasətçi" istefaya getdi, ancaq indi onları başqa bir qrup "məsuliyyətsiz siyasətçi" əvəzləyib. Elə buna görə də həmən Hollandiyanın Haaqa şəhərində Srebrenitsa soyqırımıyla bağlı olduğu kimi, Xocalı soyqırımıyla da bağlı Beynəlxalq Hərbi Tribunal qurulmalı, Serj Sərkisyan qarışıq hay hərbi xuntasının əli dinc

azərbaycanlıların qanına batan bütün təmsilçiləri orada cavab verməli olduqları halda, onları lənətləyən İlhan Aşkın məhkəmə qarşısına çıxarılır. Bəlkə, həm də ona görə ki, bu cür qətliamları Afrika və Asiyada zamanında Hollandiya özü də az törətməyib. İndoneziyanın Yava adasında 1830-cu ildə müsəlman kişilərin yarıdan çoxunu qırıb məhv edən məhz Hollandiya olmayıbmı? O da sir deyil ki, indi qərbdə müsəlman ölkələrinə qarşı yeridilən siyasətdə forpost rolu oynayanlardan biri də məhz Hollandiyadır. Beynəlxalq normaları pozaraq, diplomatik toxunulmazlığı göz ardı edərək Türkiyənin nazirinə, həm də xanım nazirinə qarşı yaramaz davranan, onun Rotterdamdakı baş konsulunu tutub saxlayan Hollandiya. Yəni İlhan Aşkının məhkəməyə çıxarılması da, türk rəsmilərinə qarşı bu cür davranış da, Türkiyədə terroçuluqda suçlandırlanlara qucaq açıb sığınacaq verilməsi də eyni düşüncədən və siyasətdən qaynaqlanır. Bu düşüncənin və siyasətin adı- islamafobiya, ksenofobiya, rasizm və türk düşmənçiliyidir". Millət vəkili ümid etdiyini bildirib ki, Hollandiya məhkəməsində sağlam məntiq bu cür çürük düşüncələrdən yuxarıda duracaq: "Orası da var ki, məhkəmə nə hökm çıxarır- çıxarsın, İlhan bəy dedikləri onsuz da baş verir. İşğalçıları Qarabağda ancaq ölüm gözləyir. Haqq etdikləri ölüm. Və öldürülürlər də. Ali Baş Komandan cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, əgər hay ölmək istəmirsə, Qarabağda nə edir?"

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR