Novruzun gəlişi istirahət mərkəzlərindəki qiymətlərə də təsir edib

Sahibkarlar "keyfiyyətli xidmət, sərfəli qiymət" prinsipini unudublar

Azərbaycana təşrif buyuran turistlərin sayının ildən-ilə artması müşahidə olunur. Etiraf edək ki, bunun üçün Azərbaycanda kifayət qədər inkanlar mövcuddur. İlk növbədə Azərbaycanın coğrafi mövqeyi, iqlim şəraiti, bir-birindən gözəl məkanlarda yaradılan istirahət məkanları və ən nəhayət ölkədə mövcud olan sabitlik turizm axınını şərtləndirir. Qalır bircə keyfiyyətli xidmət və sərfəli qiymət məsələsi. Nəzərə alaq ki, hazırda dünyada baş verən iqtisadi geriləmələr bu faktorları ön sıraya çəkir. Yəni, insanlar imkanlarının məhdudluğunu nəzər alaraq ucuz və keyfiyyətli istirahət mərkəzlərinə üz tutmağa üstünlük verirlər. Lakin, Azərbaycanda sadalanan amillərdəki çatışmazlıqlar ölkəyə turizm axının qarşısını alır desək, heç də fikrimizdə yayınmarıq. Fikrimizi qarşıdan gələn Novruz bayramı ilə əlaqədə ölkənin turizm sahəsində yaranan vəziyətlə əsaslandırmaq yerinə düşərdi. Məlum olduğu kimi Azərbaycanda Novruz bayramı bir çox ölkələrdən daha təmtəraqlı, daha yüksək səviyyədə keçirilir. Elə bu səbəbdən də ölkəyə gələn turistlərin sayında artım müşahidə olunur. Xüsusən, qonşu İran, Türkiyə, Rusiya və ərəb ölkələrindən Azərbaycana üz tutanlar daha çoxluq təşkil edir. Məsələ orasındadır ki, bu turizm axınından öz şəxsi maraqları üçün sui-istifadə edənlər qiymətləri birə-beş artırılar. Bununla da ölkənin turizm sektoruna ciddi zərbə vurmuş olurlar. Belə ki, Novruz bayramında müştəri çoxluğu ölkədə restoranlar, otellər, istirahət mərkəzləribndə də müşahidə olunmaqdadır. Məlumata görə, bayramla əlaqədar olaraq ölkənin bütün istirahət mərkəzlərində yerlər bronlanıb. Qiymətlər isə ən azından 100 manatdan başlayaraq 2500 manata qədər yüksəlir. Qeyd edək ki, şəhər kənarında daha çox şadlıq evləri kimi tanınan yerlərdə Novruz gecəsinin qiyməti bir nəfərə 100-150 manat təşkil edir. Paytaxtdakı otellərdə isə qiymətlər daha bahadır, 500-800 manat arası dəyişir. Məsələ orasındadır ki, ölkədəki istirahət mərkəzləri və restoranlarının hamısının müştəriləri var. Turizm şirkətləri bildirir ki, onlara müraciət edən müştərilər qiymətlərdən razıdırlar. Əslində bu açıqlamanın özündə reallığı ehtiva edir, çünki hazırda milli valyutanın xarici valyutaya konvertasiya etməklə xaricdə dincəlmək Azərbaycan vətəndaşlarına sərf etmir. İndi daxili turizm obyektlərinə üz tutmaq ölkə əhalisi üçün daha sərfəlifdir. Rəsmi məlumata görə, xaricə turist kimi gedənlərin sayında 30 faiz azalma var. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib ki, Novruz bayramı ilə əlaqədar Azərbaycana gələn turistləri sayı ötən illərə nisbətən xeyli artıb. Bu, ilk növbədə Novruz bayramının ölkəmizdə daha rəngarəng, daha maraqlı, daha əyləncəli və qonaqpərvər keçirilməsi ilə əlaqədardır. Əksər otellər və əyləncə mərkəzləri bununla əlaqədar bəzi yenilikləri edir və turistləri cəlb edə bilirlər. Məsələn, 5-10 il əvvəl Novruz bayramında Azərbaycanda xaricdən bu qədər qonaq olmurdu. Amma indi otellərin də sayının müəyyən qədər artmasına baxmayaraq, yenə də otellərdə yer yoxdur. Onun sözlərinə görə, xüsusilə İrandan gələn turistlərin sayı çoxalıb. Bundan başqa Rusiyadan, Qazaxıstandan, ərəb ölkələrindən də çoxlu turistlər gəlir: "Ona görə də bayram ərəfəsində Azərbaycanda, xüsusən də Bakıdakı mehmanxana nömrələrinin mütləq əksəriyyəti artıq əvvəlcədən bronlaşdırılıb. Bilirik ki, Novruz bayramı ilə əlaqədar bizdə təxminən 9 gün iş olmayacaq. Bunu nəzərə alaraq demək olar ki, turistlərin çoxu regionlara da üz tuta bilər". M.Ağakərimov qeyd edib ki, otellərimizdə, əyləncə mərkəzlərində Novruz bayramı əhval-ruhiyyəsi yaradılmalıdır: "Turizm şirkətləri köhnələrlə yanaşı yeni proqramlar təklif etməlidir, ildən-ilə yeniliklər olmalıdır. Bu proqramlarda əlavə xidmətlərin növləri, keyfiyyəti dəyişməli, daha yaxşı olmalıdır ki, növbəti illərdə də turistləri cəlb edə bilsinlər. Təbii ki, əgər turistləri ildən-ilə daha yaxşı qarşılaya bilsək, onların sayı getdikcə artacaq. Deyim ki, turizm şirkətləri və otellərin təcrübəsi ildən-ilə artır və bəziləri əvvəl buraxdıqları səhvləri aradan qaldırmağa çalışırlar". Bununla yanaşı, M.Ağakərimov vurğulayıb ki, bəzi otellər bayramda sifarişlərin çoxluğunu görüb qiymətləri qaldırıblar. Bu, yolverilməzdir. AzTA-nın müşaviri həmçinin təklif edir ki, ölkəmizdə 1-2 iki ulduzlu otellər, hostellər inşa edilməlidir ki, gələn qonaqların tələbatını ödəmək mümkün olsun.

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR