Əli Əhmədov: "Təhsili inkişaf etdirmək üçün təşəbbüsləri alqışlayıram"

Təhsili inkişaf etdirmək, insanlarımıza daha yaxsı bilik vermək, universitetlərə daxil olmaq üçün gənclərimizə müəyyən dəstəklər vermək, kurslar təşkil etməyə təşəbbüs göstərilirsə, bunu alqışlayıram. Bunu Baş nazirin müavini Əli Əhmədov Təhsil Nazirliyinin ali məktəblərə qəbul şərtlərinin dəyişdirilməsi, daha az hazırlıqlı abituriyentlər üçün ali məktəblərdə hazırlıq kursunun yaradılması ilə bağlı Nazirlər Kabinetinə təqdim etdiyi təklifə münasibət bildirərkən deyib.

Ə.Əhmədov bildirib ki, ali məktəblərdə kursların təşkil olunmasını müsbət qiymətləndirir:

"Məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək lazımdır. Daha sonra orta məktəbi qurtaranın universitetlərə daxil olması üçün yenidən hazırlanmasına ehtiyac qalmasın".

Xatırladaq ki, təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin hökumətə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayının artırılmasına dair təkliflər təqdim etdiyini söyləmişdi. Nazir qeyd etmişdi ki, Təhsil Nazirliyinə ali təhsil müəssisələri tərəfindən edilən müraciətlər əsasında hökumətə bu il ali təhsil sistemində hazırlıq ilinin tədbiqi şərti ilə ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsinə, yəni qəbul olan tələbələrin sayının artırılmasına dair təkliflər təqdim olunub. Hazırda həmin təklifə hökumətdə baxılır.

M.Cabbarov əlavə etmişdi ki, bu dəyişiklik qəbul olunduğu təqdirdə Azərbaycanda ali təhsil səviyyəsinə qəbul olan tələbələrin sayı nisbətən artacaq və yüksək akademik nailiyyətlər göstərən tələbələr öz tədrisinə dərhal başlaya biləcəklər: "Amma zəruri bilik səviyyəsi nümayiş etdirə bilməyən, lakin ali təhsilə meyilli olan, ali təhsil almaq istəyən tələbələr bir sıra ixtisaslar üzrə ali məktəblərin nəzdində xüsusi hazırlıq kursları keçdikdən sonra ali təhsilə başlaya biləcəklər". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR