“Kimsə ölkəmizdə söz və mətbuat azadlığının olmamasını deyirsə...”

Azərbaycanda söz, fikir və məlumat azadlığının mövcudluğu danılmaz faktora çevrilib. Demokratiyanın fundamental dəyərlərindən hesab olunan bu institutlat ölkəmizdə günü-gündən inkişaf edir. Dövlət ösə öz növbəsində bu sahələrini inkişafına xidmət edən ardıcıl islahatlar həyata keçirir. Təkcə ölkədə qeydiyyatdan keçən kütləvi informasiya vasitələrinin sayı bu sahədə real mənzərəni ortaya qoyur. Ölkədə söz və fikir azadlığı ilə bağlı suallarımızı Unikal.org-un əməkdaşı Amid Əyyuboğlu cavablandırır. 

- Amid bəy, Azərbaycanda mətbuatın hazırki vəziyyətini necə dəyərləndirirsiniz?

-Əvvala deyim ki, özümü Azərbaycan mətbuatının gənc təmsilçilərindən biri sayıram.10 ilə yaxındır ki, Azərbaycan mətbuatının müxtəlif qollarında- qəzet, sayt, televiziya sahəsində çalışmışam. Təcrübəm demək olar ki, bu sektorun bütün sahələrində var. Azərbaycanda mətbuatın vəziyyətinə gəldikdə isə bunu iki cür şərh etmək istərdim. Birincisi mətbuatın maddi durumu, ikincisi isə fəaliyyəti ilə bağlıdır. Hər iki istiqamət bir-birindən aslı olan məsələdir. Bu gün Azərbaycanda yazılı mətbuatın reklam bazarında kifayyət qədər durğunluq hökm sürür. Bu da təbii ki, birbaşa jurnalistlərin və redaksiyanın sosial durumuna bir qədər öz təsirini göstərir. Fəaliyyətə gəldikdə isə, bu gün Azərbaycanda hər bir jurnalist təhqir edilmədən kiminsə haqqında tənqid yazırsa, deməli onun fəaliyyətinə heç bir maneəçilik yoxdur. Hər bir jurnalist sərbəst öz fikrini bildirir, yazır və ictimayyətə təqdim etmək gücündədir. Kim isə ölkəmizdə söz və mətbuat azadlığının olmamasını deyirsə, deməli o insanlar ya kimləri isə təhqir etmək istəyir ya da təhqir edib öz cəzasını alanlardır. Təbii ki, bu da qanunla yolverilməzdir. Dünyanın müxtəlif ölkələrində yazarlar bir neçə istiqamətə bölünür və bunlar hərəsi öz sahələri üzrə işlərini davam etdirirlər. Bu gün ölkəmizdə sahə jurnalistikası bir az zəif inkişaf edib. Amma buna baxmayaraq regionda və Avropanın müxtəlif yerlərində tanınan informasiya agentliklərimiz də mövcuddur. Artıq hər bir jurnalist həmin media orqanları ilə əməkdaşlıq etmək arzusundadırlar. Bu media orqanlarında sahə jurnalistikasının inkişafında nisbətən irəliləyiş var. Bir sözlə qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan mətbuatının fəaliyyətini normal, iqtisadi durumunu isə nisbətən zəif qiymətləndirirəm. 

- Dövlətin mətbuata göstərdiyi diqqət və qayğı fikir və söz azadlığının daha da inkişaf etməsinə nə dərəcədə dəstək olur?

-Bu, olduqca maraqlı sualdır. Yuxarıda qeyd etdiyim kimi bu gün Azərbaycan mətbuatında reklam bazarında durğunluq hökm sürür. Təbii ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Artıq 25 ildən çoxdur ki, Azərbaycan öz müstəqilliyini qeyd edir. Bu rəqəmi nə böyük, nə də ki, kiçik adlandırmaq olmaz. Amma bu illər ərzində də Azərbaycanda kifayyət qədər dövlət qeydiyyatından keçmiş KİV-lər mövcuddur. Bu gün Azərbaycan iqtisadiyyatına böyük tövhə verən şirkətlərin sayından çox media orqanları mövcuddur. Təbii ki, bu da sonda reklam bazarına öz təsirini göstərir. Bir sözlə rəqabətlik isə say çoxluğundan balansı pozur. Bu balans ən çox 2005-ci ildən pozulmağa başlayıb. 2005-ci ildə KİV-lərin qeydiyyat qaydaları sadələşdirildi, nəticədə qeydiyyatdan keçmiş KİV-lərin sayı sürətlə artmağa başladı. Sözsüz ki, KİV-lərin sayı artdıqca, onların tirajları aşağı düşməyə başladı və nəticədə onlar maliyyə böhranı ilə üzləşdilər. Məhz bu böhrandan çıxış yolları axtarmaq üçün Mətbuat Şurasında peşəkar jurnalistlərdən və mütəxəssislərdən ibarət işçi qrupu yaradıldı. İşçi qrup KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını hazırlayaraq ölkə prezidentinə təqdim etdi. Konsepsiyaya Prezident Adminstrasiyasında baxıldı və cənab Prezidentin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə təsdiqləndi. Konsepsiyadan irəli gələn vəzifələri həyata keçirmək məqsədi ilə 03 aprel 2009-cu ildə möhtərəm Prezident cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu dövlət qurumu yaradıldıqdan sonra əsas məqsəd və vəzifələrini açıqladı. Bildirildi ki, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri (bundan sonra - layihələr) və digər tədbirləri maliyyələşdirməkdir. Bu gün həqiqətən qeyd etmək olar ki, bu Fond vasitəsilə Azərbaycanda medianın maddi durumu normal bir vəziyyətdə saxlanılıb. Artıq bu təşkilat vasitəsilə redaksiyaların maddi-texniki bazası gücləndirilir, jurnalistlərin sosial durumunun yüksəldilməsi üçün kifayyət qədər maddi və mənəvi köməkliklər göstərilir. Təkcə onu qeyd etmək istəyirəm ki, 22 iyul 2013-cü il tarixində prezident İlham Əliyevin dəstəyi ilə qurulan və onun iştirakı ilə istifadəyə verilən 2 bloklu və 17 mərtəbəli bina jurnalistlərin ixtiyarına verildi. Prezident İlham Əliyev "görəsən Bakıda evim olacaqmı" xəyalı ilə yaşayan 200-dən artıq jurnalistin xəyalını gerçəkləşdirdi. Bildiyimə görə, artıq yaxın vaxtlarda əvvəlkindən daha artıq sayda jurnalistlər üçün yaşayış binalarının istifadəyə veriləcəyi gözlənilir. Bir sözlə başda prezident İlham Əliyev olmaqla dövlətimiz mətbuata göstərdiyi diqqət və qayğı fikir və söz azadlığının daha da inkişaf etməsinə böyük tövhəsin verir. 

- Ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində zaman-zaman atılan addımlar medianın müstəqilləşməsinə nə dərəcədə müsbət təsir göstərib? 

Məlumdur ki, fikir, söz, vicdan azadlığı insanın yaşamaq haqqı ilə birlikdə fitratdan gətirdiyi müqəddəs dəyərlərdir. Lakin bu dəyərlərin qorunmasının cəmiyyətin həyat tərzinə çevrilməsi əsrlər boyu təzyiqlərlə üzləşib. Müstəqilliyinin ilk illərindən inkişaf və demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Artıq demokratiyanın vacib elementlərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən birinə çevrilib. Lakin 26 illik müstəqilliyimizin ilk illərinə nəzər salsaq həmin dövrdə ölkədə xaos, anarxiya, özbaşınalığın hökm sürdüyünü görərik. Bu vəziyyət, digər sahələr kimi, mətbuata da öz təsirini göstərirdi. Belə şəraitdə hakimiyyətə gələn mərhum Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə də diqqətini əsirgəmədi. 1998-ci ildə senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan ulu öndər, imzaladığı sərəncamlarla informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Bir sözlə hazırda ölkəmizdə xeyli sayda müstəqil mətbu orqan və informasiya agentliklərinin, elektron KİV-in, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradılıb. İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurasının yaradılması, jurnalistlərin sosial vəziyyəti və mətbu orqanların maddi-texniki bazasının yaxşılaşdırılması, həmçinin digər tədbirlər mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Fikrimcə bunun nəticəsi olaraq ölkəmizdə fikir, söz, mətbuat azadlığı və plüralizm daim inkişaf edir və qorunur. 

-Bu gün mətbuat nə dərəcədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə öz töhfəsini verir? 

-Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan müharibə şəraitindədir, bu gün mətbuatdan gözləntilərin nədən ibarət olduğu daha qabarıq şəkildə özünü büruzə verir. Həmin səbəbdən, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını KİV-lər faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıdır. Çünki Azərbaycanın uğurlarını qəbul etməyən ermənipərəst dairələr daim ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. İkili standartdan çıxış edən bəzi dairələr tərəfindən Azərbaycanın qeyri-demokratik ölkə kimi təqdim olunması da aparılan bu qərəzli siyasətin tərkib hissələrindəndir. Belə şəraitdə qələm sahiblərimiz, xüsusən mətbuat məkrli yanaşmalara cavab olaraq Azərbaycanın əldə etdiyi uğurları obyektiv və operativ şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Hesab edirəm ki, bu güb Azərbaycan mətbuatının böyük bir hissəsi bu böyük yükü üzərində hiss edir və daşımağı bacarır. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR