Ombudsman cəzaçəkmə müəssisəsində bayram tədbiri keçirib

İnsan Hüquqları üzrə Müvəkkili Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmiş Amalya Pənahova ilə birgə Novruz bayramı münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində tədbir təşkil ediblər. "Olaylar" xəbər verir ki, tədbirdə Ombudsman Aparatının şöbə müdirinin müavini, Milli Preventiv Qrupunun üzvü Vəfa Verdiyeva,Ombudsmanın resurs mərkəzi olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin nümayəndəsi Şövkət Xanməmmədova,ölkənin tanınmış mədəniyyət xadimləri, Penitensiar Xidmətin əməkdaşları, qadın məhkumlar iştirak ediblər.Amalya Pənahova çıxış edərək, təbriklərini və xoş arzularını bildirib, bu müəssisədə cəza çəkənlərə islah olunaraq ailələrinə, sağlam həyat tərzinə qayıtmağı, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşmağı tövsiyə edib. Vəfa Verdiyeva bayram münasibətilə Ombudsmanın təbriklərini və xoş arzularını iştirakçılara çatdırmış, Azərbaycanda insan hüquqlarına, o cümlədən məhkumların hüquqlarına böyük diqqət yetirildiyini vurğulamışdır. O, dövlətimizin humanist siyasəti nəticəsində 61 Əfv sərəncamının imzalandığını və 11 amnistiya aktının həyata keçirildiyini söyləmişdir. Fəaliyyət göstərdiyi müddət ərzində Müvəkkilin vəsatətləri üzrə ümumilikdə 518 məhkumun, o cümlədən məhkum qadınların da əfv edilərək azadlığa buraxıldığı bildirilib. Eyni zamanda penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni sərəncamın əhəmiyyəti vurğulanıb.Ombudsmanın dəstəyi ilə Azərbaycan Qadın və İnkişaf Mərkəzi tərəfindən məhkumlara bayram sovqatı və şirniyyatlar paylanılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR