Baş nazirin müavini qiymət artımından DANIŞDI

Baş nazirin müavini Əli Əhmədov Novruz bayramı öncəsi bazarlarda məhsulların qiymətlərinin qalxması barədə səslənən məlumatlara münasibət bildirib. Baş nazirin müavini bildirib ki, bu yaxınlarda Novruz bayramı öncəsi qiymətləri nəzarətdə saxlamaq üçün bir neçə marketdə olub: "Qiymət yanaşmaları müxtəlifdir. Mətbuat qiymətlərin qalxması barədə daha çox həyəcan təbili çalır. İki böyük ticarət mərkəzinə səfərim zamanı qiymətlərin insanları narahat edəcək dərəcədə qalxmadığını müşahidə etdim. Bunu öz gözlərimlə gördüm".

Ə.Əhmədov bildirib ki, Azərbaycanda ənənəvi olaraq, həmişə bayram öncəsi məhsullarda qiymətlər qalxır, amma bu, belə olmamalıdır: "Ticarətçilər bayram öncəsi müştərilərin çoxaldığını görürlər və bundan istifadə edirlər. Bəlkə də başqa cür olsaydı, daha yaxşı olardı. Amma bu da reallıqdır".

Ə.Əhmədov hesab edir ki, Azərbaycanda məhsullarda qiymətlərin yüksək olması mətbuatda təsvir edilən qədər deyil. Baş nazirin müavini bildirib: "Hökumət olaraq, vəzifə borcumuz bazardakı qiymətlərin qalxmasına imkan verməməkdir. Hökumət bu barədə fikirləşir. Əgər imkan olsa, bayramqabağı bazarlara yenə də baş çəkərəm". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR