Əbülfəz Qarayev: “ İki ticarət festivalı 50 milyon manat əlavə vəsait gətirmək iqtidarındadır”

"Ticarət festivalının xərclərini Mədəniyyət və Turizm Nazirliyi çəkir. Gəlirlər isə nazirliyə gəlməyəcək". "Olaylar" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, hesablamalara əsasən iki ticarət festivalının keçirilməsi Azərbaycan büdcəsinə 50 milyon manata qədər əlavə vəsait gətirmək iqtidarındadır: "Ümumi xərclər isə bu günə kimi 500 min manatı keçməyib. Əsas xərclər reklama, loqolara xərclənib. Rusiya bazarında, ərəb ölkələrində, ölkəmizdə media bazarında təbliğat işləri getməlidir. Sözsüz ki, bunlar hamısı pulsuz deyil. Rəqəmlər münasibdir. Bir milyon xərcləyib, büdcəyə 50 milyon daxil edə biliriksə, deməli, bu işi görməyə dəyər". 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR