Qızılqaz gölünə 29 min ədəd zəli buraxılıb

Martın 15 - də 29 min ədəd zəli KİV, ekoloji QHT və aidiyyəti dövlət qurumlarının iştirakı ilə Şirvan Milli Parkı ərazisində yerləşən və zəlilərin təbii areallarından biri olan Qızılqaz gölünə buraxılıb.

Ekologiya və Təbii Sərvətlər nazirliyindən "Olaylar" - a bildirilib ki, Qızılqaz gölündə zəlilərin yaşaması üçün münbit hidroloji, fiziki-kimyəvi və hidrobioloji şərait var və ərazidəki zəlilər yerli biotopun tərkib hissəsidir. Hazırda göldə suyun temperaturu normalara cavab verir.

40 min ədəd zəli isə Nazirliyin idarəetməsində olan müəssisədə saxlanca verilib, istintaq bitəndən sonra onlar da KİV, ekoloji QHT və aidiyyəti dövlət qurumlarının iştirakı ilə təbiətə buraxılacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR