Aktiv məşğulluq tədbirlərinin təşkilində BP ilə gələcək əməkdaşlıq  istiqamətlərinə dair fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti Qari Counzla tanışlıq görüşü olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Q.Counzu yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib, ona yeni işində uğurlar arzulayıb. Nazir ölkəmizdə dayanıqlı  sosial-iqtisadi inkişafın təmin olunması sahəsində ötən dövrdə əldə olunmuş nailiyyətlər barədə məlumat verib. S.Müslümov  bildirib ki, qlobal iqtisadi böhranın kəskinləşdiyi son illərdə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu islahatları ölkəmizdə makroiqtisadi sabitliyin, eyni zamanda qeyri-neft sektorunda artımın davam etməsinə imkan verib.

Q.Counz BP şirkətinin genişmiqyaslı fəaliyyətində  tərəfdaşlarla birgə davamlı sosial proqramların həyata keçirilməsinin, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının, işçi heyətinin ixtisas artımı ilə əlaqədar müvafiq işlərin aparılmasının mühüm yer tutduğunu qeyd edib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin müvafiq istiqamətlər üzrə davam etdirilməsi üçün qarşıdakı dövrdə məqsədyönlü işlərin görüləcəyini bildirib.

Görüşdə əmək miqrasiyası, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi, onların məşğulluğunun təminatı, habelə sosial cəhətdən həssas əhali qruplarının məşğulluğuna şərait yaradılması, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün peşə hazırlığının təşkili, peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi sahələrində gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR