1767 əcnəbi ölkə qanunvericiliyini pozub

Cari ilin fevral ayı ərzində 1767 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. "OLAYLAR"-ın Dövlət Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, onlardan 19-nun Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 223 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1157 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 368 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib. Ay ərzində Xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 7786 müraciət daxil olub. Yer üzrə qeydiyyatla bağlı isə 39464 əcnəbinin müraciəti qeydə alınıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR