IV İslam Həmrəyliyi oyunları ölkəmizin beynəlxalq nüfuzunu artıracaq

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri ilə görüşüb, tələbələrlə maarifləndirici söhbət aparıblar.

Fonddan "Olaylar" - a bildirilib ki, kollecdə reallaşan görüşdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru, i.f.d. Həmzə Ziyadov İslam Həmrəyliyi Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən danışaraq bildirib ki, belə tədbirlərin keçirilməsi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliğinə geniş imkan yaradacaq.  

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Azərbaycanın dəfələrlə mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq IV İslam Həmrəyliyi Oyunlarının həm də dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına bir təkan verəcəyini diqqətə çatdırıb. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən hazırlıq tədbirlərini yüksək dəyərləndirən İ.Vəliyev onu da  qeyd edib  ki, oyunlar zamanı qonaqlar Azərbaycandakı multikultural ənənələrlə əyani tanış olacaq və ölkəmizə yaxından bələd olacaqlar.

Daha sonra IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi Könül Nurullayeva çıxış edərək bildirib ki, uğurla başa çatmış ilk Avropa Oyunlarının ardınca ölkəmizdə növbəti İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR