Elmi tədqiqatların vəziyyəti və gələcək inkişafı müzakirə edilib

Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev "Gəncə Bölməsi üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri" mövzusunda məruzə ilə çıxış edib.

Akademik ilk olaraq bölmənin elmi müəssisələrində həyata keçirilən tədqiqatlar haqqında məlumat verib.
F.Əliyev hesabat ilində Rəyasət Heyətinin qərarı ilə bölmədə Yer Elmləri Bölməsi şöbəsinin, İnformasiya Texnologiyaları İnstitutunun Distant Təhsil Mərkəzinin, ayrı-ayrı universitetlərin sahə kafedralarının, Gənc Alim və Mütəxəssislər Şurasının yaradıldığını qeyd edib. Bölmənin akademik-katibi 2016-cı ildə 6 problemi əhatə edən 25 mövzuda 26 mərhələdə 30 iş üzrə tədqiqatlar aparıldığını bildirib.
Akademik bölmənin beynəlxalq əlaqələrinin genişləndirildiyini, ABŞ, İsveç, Polşa, Türkiyə, Rusiya və digər ölkələrin elm və ali təhsil müəssisələri ilə əməkdaşlığın davam etdirildiyini söyləyib. Bundan başqa, Gəncə tarixinin araşdırılması məqsədilə Türkiyə baş nazirinin Osmanlı arxivi və Bəyazid Dövlət Kitabxanasından siyasi, iqtisadi və hərbi mövzulara aid arxiv sənədləri, kitabların surətləri gətirilib, etnoqrafik sahədə qədim sənətkarlıq növləri öyrənilib, regionda mövcud olan məhəllələrin salınması tarixi tədqiq edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR