“Naxçıvan əhalisinin etnogenezi tarixindən”

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin "Naxçıvan əhalisinin etnogenezi tarixindən" monoqrafiyasının 2-ci cildinin təqdimat mərasimi keçirilib. Tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq müstəqilliyimizin bərpasından sonra muxtar respublika ərazisində elmin müxtəlif istiqamətlərində sanballı еlmi əsərlərin nəşr olunduğunu deyib. Bildirib ki, bir neçə il bundan öncə 1-ci cildi işıq üzü görən və yeni çapdan çıxan "Naxçıvan əhalisinin etnogenezi tarixindən" adlı monoqrafiyanın 2-ci cildi də filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin çoxillik elmi tədqiqatlarının nəticəsi olmaqla fundamental tədqiqat əsəridi. Təqdimat mərasimində Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev "Naxçıvan əhalisinin etnogenezi məsələləri" mövzusunda məruzə ilə çıxış edib.

Məruzə ətrafında Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, filologiya elmləri doktoru, professor Akif İmanlı, Bölmənin Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov çıxış edərək yeni monoqrafiyanın elmi dəyərindən söz açıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR