AMEA-nın Şəki Regional Elmi Mərkəzi fəaliyyəti haqqında hesabat verdi

Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif  Şükürlü mərkəzin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Y.Şükürlü bildirib ki, mərkəzdə prioritet istiqamətlərə uyğun elmi tədqiqat işləri 8 şöbə üzrə 8 mövzu daxilində yerinə yetirilib və mühüm nəticələr əldə olunub. Direktor vurğulayıb ki, hesabat ilində əməkdaşlar 3 kitab, 4-ü xaricdə olmaqla 27 məqalə, 7-si xaricdə olmaqla 25 tezis nəşr etdiriblər. O cümlədən bir məqalə impakt faktorlu jurnalda dərc olunub.
 Ötən il BACSA (Qara Dəniz, Xəzər Dənizi və Orta Asiya İpək Assosiasiyası) İcraiyyə komitəsinin üzvü seçildiyini deyən Y.Şükürlü qurumun Azərbaycan üzrə əlaqələndiricisi olduğunu və təşkilatla əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində bir sıra işlərin görüldüyünü qeyd edib. Alim BACSA-nın VIII konfransının bu ilin 2-7 aprel tarixlərində Şəkidə keçiriləcəyini vurğulayıb.
Direktor bildirib ki, ötən il mərkəz ilə Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan  Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Tacikistan Respublikası Kənd Təsərrüfatı Elmləri Akademiyası arasında ipəkçilik sahəsində elmi-texniki əməkdaşlığa dair müqavilələr imzalanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR