Uşaq əməyinin istismarı ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 12 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən Quba şəhərində "Uşaq əməyinin istismarı və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri" mövzusunda regional seminar-müşavirə keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının tədris müəssisələrinin, rayon polis şöbələrinin əməkdaşları və işəgötürənlər iştirak ediblər. B.Əfəndiyevin çıxışında digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsi və təbliğinin Ombudsman Elmira Süleymanovanın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri olduğu qeyd edilərək, bu sahədə görülmüş işlər, aparılmış silsilə hüquqi maarifləndirmə tədbirləri, uşaqların vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində irəli sürülmüş təkliflər iştirakçıların diqqətinə çatdırılıb.Habelə Müvəkkilin təşəbbüsü ilə ölkəmizdə hər il "Uşaq hüquqları" aylığının, Bakı və regionlardakı bir sıra məktəblərdə Uşaq hüquqlarının pilləli tədrisinin həyata keçirildiyi, eyni zamanda 24 saat ərzində 916 nömrəli qaynar xəttin fəaliyyət göstərdiyi vurğulanıb. Sonra Quba Regional Mərkəzinin rəhbəri iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR