“Dəniz Kuboku -2017” beynəlxalq yarışı keçiriləcək 

Martın 15-də Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycanın ərazi sularında təşkil olunacaq "Dəniz Kuboku -2017" beynəlxalq yarışının planlaşdırılması üzrə növbəti konfrans keçirilib. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan, Rusiya, Qazaxıstan və İranın nümayəndə heyətlərinin qatıldığı konfransda "Dəniz Kuboku - 2017" beynəlxalq yarışının ölkəmizdə keçirilməsinin əlamətdar hadisə olduğu vurğulanıb, hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Bildirilib ki, "Dəniz Kuboku -2017" artilleriya atışı, gəminin davamlılığı uğrunda mübarizə, dəniz və xilasetmə hazırlığı üzrə yarışlardan ibarət olmaqla üç mərhələdə keçiriləcək. "Dəniz Kuboku -2017"də iştirak edəcək ölkələrin nümayəndə heyətləri yarışların təşkilinə və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR