Müəllimlərin hansı qaydada əmək haqqı alacağı AÇIQLANDI

Təmayül siniflərin təşkil olunacağı məktəblərdə müəllimlərin hansı qaydada əmək haqqı alacağı açıqlanıb. Bakı şəhəri üzrə Təhsil İdarəsindən cavab olaraq bildirilib ki, məktəblərdə təşkil olunacaq təmayül siniflərdə dərs deyəcək müəllimlərin əmək haqqı "Dövlət  ümumi təhsil müəssisələrində  bilik və bacarıqlarının  diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və aylıq vəzifə maaşının sxemi"nə uyğun olaraq ödəniləcək.

Tam orta təhsil səviyyəsində təhsilin təmayül üzrə təşkil  olunduğu pilot məktəblərdə, tədris planında olan fənlərdə  saatların sayı təmayül seçimi üzrə tədris planına uyğun ödəniləcək. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR