Yağış yağacaq

Bakı və Abşeron yarımadasında martın 16-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Cənub küləyi gündüz  mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. 

ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə 3-6° isti,  gündüz 9-14° isti, Bakıda gecə 3-5° isti, gündüz  11-13° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  norma daxilində 760 mm civə sütunu, nisbi rütubət  gecə 85-95 %, gündüz 60-70 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi  gündüz  arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR