Çin nümayəndələri Milli Məclisdə olublar

Milli Məclisin Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Çin Xalq Respublikasi Xarici ölkələrlə Dostluq Cəmiyyətinin nümayəndələri ilə görüşü olub."Olaylar" xəbər verir ki, işçi qrupun rəhbəri, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov əvvəlcə Çinlə beynəlxalq təşkilatlardakı səmərəli əməkdaşlığımızdan söz açdı. Bildirildi ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Çinlə münasibətlər yüksək səviyyədə inkişaf etmişdir. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu münasibətlər ölkə başçısı İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. O, qeyd edib ki, Azərbaycan parlamentində Çinlə dostluq qrupunda 25 nəfər təmsil olunur. Sonra Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrdən, təhsil sahəsindəki əməkdaşlıqdan söhbət açılıb. Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə məlumat verən işçi qrupun rəhbəri bildirib ki, işğalçı dövlət mütəmadi olaraq atəşkəsi pozur. Torpaqlarımızın 20 faizi hələ də düşmən tapdağı altındadır. Bir milyondan artıq soydaşımız oz doğma dədə-baba torpaqlarından qovulub. Ermənistan beynəlxalq təşkilatların Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi ilə bağlı qəbul etdiyi heç bir qətnaməyə məhəl qoymur. Bu münaqişə bütün regionun təhlükəsizliyini təhdid altında saxlayır. Çinin Xarici ölkələrlə Dostluq Cəmiyyətinin sədr müavini, nümayəndə heyətinin başçısı Song Jingüu ölkəmizə Heydər Əliyev Fondunun dəvəti ilə gəldiklərini bildirib, keçirdikləri görüşlərdən, səfərdən aldıqları təəssüratdan olduqca məmnun olduqlarını qeyd edib. O, Çinin BMT Təhlükəsizlik Şurasının tam hüquqlu üzvü, bütün dünyada iqtisadi qüdrətinə görə seçilən bir dövlət kimi hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR