Ötən ay Azərbaycandan 1525 əcnəbi deportasiya edilib

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 2017-ci ilin fevral ayı ərzində miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Ötən ay 1767 əcnəbinin Azərbaycan Respublikasında olmanın, müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozması halı müəyyənləşib

Dövlət Miqrasiya Xidmətindən  bildirilib ki, onlardan 19-un Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəzlənib, 223 nəfərin ölkədə yaşaması leqallaşdırılıb, 1157 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etməsi, 368 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

Fevralda Xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 7786 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən ay olduğu yer üzrə qeydiyyatla bağlı 39464 əcnəbinin müraciəti qeydə alınıb.  Qurum ay ərzində ayrı-ayrı bölgələrdə və ali məktəblərdə 5 maarifləndirmə tədbiri keçirib, o cümlədən səyyar xidmət göstərib. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR