"Stress Awareness” mövzusunda seminar

Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən "ADA" Universitetinin tələbələri üçün "Stress Awareness" mövzusunda seminar keçirilib. Nazirlikdən "Olaylar" - a bildirilib ki, "ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə seminarı giriş sözlə açaraq seminarın keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb, sağlamlığın qorunması naminə maarifləndirmənin vacib olduğunu vurğulayıb.

RMDM-in həkim-psixiatrı Murad Sultanov "Stress Awareness" mövzusunda çıxış edərək stressi yaradan səbəblər, stressin əlamətləri, stressin mənfi (neqativ) və pozitiv yönləri, fərdi stress idarəetməsi, stress və endokrin sistem, ümumi adaptasiya sindromu, stressin idarə olunması texnikaları barədə məlumat verib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR