“İki sahil”in məqaləsi Rusiya KİV-ində yayımlanıb

Bu günlərdə "İki sahil" qəzetində dərc edilən "Bakı yeni bir tarixi hadisənin astanasındadır" sərlövhəli məqalə Rusiyanın "newskavkaz.com" saytında yayımlanıb. Məqalənin müəllifi "İki sahil" qəzetinin bölmə müdiri Zahid Rza qeyd edir ki, bu ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına sayılı günlər qalır. Oyunlarda 57 İslam ölkəsinin nümayəndələrinin iştirakı gözlənilir. İlkin razılaşmalara əsasən, 20 idman növündə yarışların aparılması planlaşdırılır.Yarışlara 6 mindən çox idmançının qatılacağı nəzərdə tutulub. Oyunlar çərçivəsində paralimpiya üzrə paraatletiklər və paracüdoçuların mübarizəsi gözlənilir. Bu idman növlərinə atletika, gimnastika, güləş, boks, cüdo, taekvondo, ağır atletika, tennis, stolüstü tennis, atıcılıq, üzgüçülük, basketbol, həndbol, voleybol, futbol, karate və s. daxildir.

Yazıda bildirilir ki, istər IV İslam Oyunlarının ölkəmizdə keçirilməsi, istərsə də Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili", bundan əvvəl isə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi barədə təşəbbüsü bütün İslam dünyasında dərin ehtiram və təşəkkürlə qarşılanıb. Bu mühüm hadisə bir daha nümayiş etdirir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır. Müvafiq qərar İslam Həmrəyliyi İdman Federasiyasının 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında 57 üzv ölkənin nümayəndələrinin səsverməsi yolu ilə təsdiq olunub. Sonra Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunub.

"Newskavkaz.com" saytında yayımlanan yazıda o da qeyd edilir ki, açılış mərasimini böyük səbirsizliklə gözlədiyimiz IV İslam Həmrəyliyi Oyunları ölkəmizin tarixinin ən parlaq səhifələrindən birini təşkil edəcək.

Qeyd edək ki, yazı ilə daha ətraflı bu linkdə tanış ola bilərsiniz. http://newskavkaz.com/2017/03/14/baku-naxoditsə-na-poroqe-novoqo-istor/

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR