Azərbaycanda söz və fikir azadlığı ilə bağlı məhdudiyyət yoxdur

Azərbaycanda söz, fikir və məlumat azadlığının təmin olunması dövlətin prioritet məsələlərindən hesab olunur. Elə bu məqsədlə də sözügedən sahələri tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilsə peosesi davam etdirilir. Ölkə parlamenti tərəfindən bu günlərdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Telekommunikasiya haqqında" qanunlara edilən əlavə və dəyişikliklər də məhz bu məqsədə xidmət edir. Çox təəssüflər olsun ki, bəzi dairələr bu yenilikləri məlumat azadlığının məhdudlaşdırılması kimi qələmə verməyə cəhd edirlər. Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, hər iki qanunda edilən yenilik virtual aləmdəki ictimai münasibətləri, eləcə də az. ölkə kurslu yüksək səviyyəli domen internet üzərindən qurulun internet informasiya ehtiyatlarının fəaliyyətini qanunvericiliklə tənzimləmək məqsədinə xidmət edir: "Məlum olduğu kimi artıq xeyli müddətdir ki, Azərbaycan da virtual məkanın iştirakçısıdır. Azərbaycan internet istifadəçilərinin sayına və bu sahədə aparılmış siyasətin konkret nəticələrinə görə bir çox ölkələri qabaqlayır. Artıq bütün ölkə bu məkana daxildir. Azərbaycanın kütləvi informasiya vasitələri informasiya təhlükəsizliyini, informasiya azadlığını təmin edən qanunlarında isə bununla bağlı indiyə qədər hansısa bir məhdudlaşdırıcı fikirləri özündə əks etdirən müddəalar olmamışdır. Demək olar ki, Azərbaycanda "Kütləvi informasiya vasitələri haqqında" qanunu internet məkanına şamil etmək imkanları məhdud idi. Ona görə də qanunvericilikdə edilən əlavə və dəyişikliklər kifayət qədər əhəmiyyətli xarakter daşıyır. Hər şeydən əvvələ bu münasibətləri hüquqi müstəviyə daşımaq məqsədi daşıyır". B. Muradova fikirlərini konkret misallarla əsaslandırıb: "Konkret "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda əhəmiyyətli məqamlardan biri anlayışlar maddəsinə edilən əlavələrdir. Burada internet informasiya ehtiyatlarının sahibi, domen adının sahibi, internet provayder, host pravayder və sair kimi anlayışlar daxil edilir ki, bu da kifayət qədər vacib dəyişikliklərdir. Çünki bu, internetin hüquqi müstəviya daxil edilməsi prosesini tənzimləyəcək. Qanunda edilən digər dəyişikliklər də informasiyanın mülkiyyətçisi ilə yanaşı, onun sahibi məsələsini də hüquqi münasibətlər müstəvisinə daxil edir. Ən diqqət çəkən məqamlardan biri qanuna internet informasiya ehtiyatlarının yaradılması, onların uçotu, bu ehtiyatlarda informasiyanın yayılması, yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması, bu hərəkətlərə görə məsuliyyətin müəyyən olunması, o cümlədən domen adınının qeydiyyatını aparan inzibatçı orqanın bu reyestrin aparılması və reyestr məlumatların tərtib olunmasının müvafiq icra hakimiyyəti orqanına həvalə edilməsi kimi məsələləri nəzərdə tutur. Bunlar kifayət qədər vacib məlumatlardır. "Telekommunikasiya haqqında" qanundakı dəyişikliklər də bu sahədə fəaliyyət göstərən operator və provoyderlərin uçotunun aparılması, onların vəzifələrinin dəqiqləşdirilməsi, bu vəzifələrin yerinə yetirilməməsinə görə məsuliyyətlərin dairəsinin genişləndirməsi, eləcə də həmin resursların kiber təhlükəsizliyinin qorunması, elektron təhlükə və hücmların qaşısının alınması, bu hücumları edən mənbənin müəyyənləşdirilməsi məsələsini müəyyən etməkdən ibarətdir. Ümumilikdə bu məsələlər internet informasiya ehtiyatları sahəsindəki qanunvericiliyi tənzimləməyə xidmət edir". Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, həm ölkə daxilində həm də xaricdə bir sıra şəxslər və qruplar bu dəyişiklikləri məhdudlaşdırma kimi qiymətləndirməkdə maralıdırlar. Lakin qanunvericilikdəki dəyişiklik qətiyyən bu məsələni özündə ehtiva etmir. Dünyanın bir çox qabqcıl ölkələrində internet hüquqi müstəvilər sistemində çıxış edir. Bu o deməkdir ki, internet məkan virtuallıqdan reallıq müstəvisinə daxil olub. Nəticədə konkret məsuliyyət növləri də müəyyənləşib. Azərbaycanda da eyni proses gedir və getməlidir. Düdür, bəzi məsələlər var ki,onları mübahisələndirmək olar, çünki mahiyyətcə bu sahə yenidir, dinamikdir, hər zaman nəyinsə müzakirəsinə ehtiyac var. Unutmayaq ki, indiki dövrdə biz müharibə şəraitində yaşayırıq. Ölkəmizin informasiya təhlükəsiliyi üçün internet məkanının tənzimlənməsi zəruridir: "Hər kəs əmin olsun ki, bu dəyişiklik heç də söz və informasiya azadlığının məhdudlaşdırılması demək deyildir. Kimlərsə məsələyə spekulyativ çalarlar gətirib cəmiyyəti çaşdırmamalıdırlar. Problemə obyektiv yanaşılmalıdır, tələsik qiymət verilməməlidir. Obyektiv yanaşma isə ondan ibarətdir ki, hər iki layihə bir-birini tamamlayır, ümumən internet məkanımızda dəqiqləşmə aparmağa xidmət edir. Dəyişikliklər qanunvericiliyimizi zənginləşdirir, ona dövrün tələbindən irəli gələn anlayışlar gətirir. Mən bu məsələyə media ictimaiyyətinin yanaşmasını da obyektiv qiymətləndidirəm. Biz bunu hər zaman bildirmişik ki, internetin inkişafının ortaya çıxardığı mənzərə əsasən internet media orqanlarının timsalında özünü göstərir, onlar cəmiyyətlə daha yaxındırlar. Fəaliyyətlərinin mənfi və müsbət tərəfləri cəmiyyətə daha çox təsir göstərir. Mənfi təsirlərin doğrduğu ictimai qınaq bir qayda olaraq ümumilikdə jurnalistikaya ünvanlanır. Buna görə də hesab edirəm ki, dəyişikliklər ilk növbədə jurnalistika peşəsinin təəssübünü çəkən adamlar üçün faydalıdır. Konkret olaraq "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna əlavələrdə internet informasiya ehtiyatının yaradılması və uçotu, həmçinin internet informasiya ehtiyatında informasiyanın yayılması, yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması, həmin informasiyanın yerləşdirilməsi ilə əlaqədar məsuliyyət məsələləri çox vacibdir". MŞ sədri əlavə edib ki, bu dəyişikliklər internet mediası üçün əsas ola bilər: "Bildiyiniz kimi internet media orqanlarının sayı artıb. Ancaq gəlin görək internet media özü müstəqil şəkildə hüquqi müstəvidə təmsil olunurmu? İnternet mediaya sözün tam mənasında kütləvi informasiya vasitəsi deyə bilərikmi? Məlumdur ki, tam mənada yox. Çünki qanun buna tam mənada imkan vermir. MMC olaraq qeydiyyatdan keçmək hüquqi baxımdan KİV demək deyildir. Belə olduqda bu təşkilatların fəaliyyətini KİV kimi mübahisələndirmədə çətinliyə salır. Təsəvvür edək ki, kimsə qanunvericilikdə nəzərdə tutlan tələbləri yerinə yetirərək özünə internet resursu yaratdı. Həmin şəxs hansısa məlumatı paylaşacaq, bu paylaşma əsas verəcək ki, onun yaratdığı quruma kütləvi informasiya vasitəsi deyək. Bu zaman kütləvilik hansı meyarlarla ölçüləcək? Hesab edirəm ki, belə məsələlərə də ümumi baxımdan aydınlıq gətirilməsinə ehtiyac var. Bu isə internet medianın müstəqil şəkildə hüquqi münasibətlər sistemində təmsilçiliyindən asılıdır. Əlbətdə bu məqamlar müzakirəyə açıq və vacib məslələrdir. Məslənin vacibliyi onunla əsaslandırılır ki, media ictimaiyyəti reklam olmadığı bir məqamda internet medianın qəzetlər kimi dövlət tərəfindən maliyyələşməsinin zəruriliyini irəli sürür. Bu, Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği baxımından son dərəcə vacibdir. Ancaq maliyyələşmənin necə aparılmasında problem ondan yaranır ki, internet media kütləvi informasiya vasitəsi deyil. Göründüyü kimi məsələ olduqca həssasdır. Çox istərdim ki, mövcud qanunvericilik internet medianın maliyyələşməsi üçün baza rolunu oynasın". Millət vəkili Qənirə Paşayeva bildirib ki, qanunvericilikdəki dəyişiklik internet media sahəsindəki problemlərin həllimnə müsbət təsir göstərə bilər. Bu gün biz Azərbaycan dövlətinin nəzarətində olan provayderlərə nəzarət edirik: "Amma hazırki informasiya məkanında domenləri ən çoxu com, org və sairdir. Bu domenlərinisə bəziləri çox çirkin qrupların əlinə keçib.Və onlar bu domenlerden Azərbaycan əlehinə ciddi şəkildə istifadə edirler. Ona görə bu domenler haqqinda is gorulməlidir. Fransada, İngiltərədə oturub Azərbaycanın hər hansı bolgəsinin adını yazdiqda qarşıma ".com", yaxud ".org" çixir. Və bu qruplar məqsədli şəkildə bir zamanlar bunları əldə edib, bu gün də Azərbaycan əlehinə isifadə edirlər. Ona görə bu məsələlər ilə də bağlı muzakirələr aparmalıyıq. Və bu müzakirələr bir sira məsələlərin üstünü açacaq". Millət vəkili Sahibə Qafarova qeyd edib ki, bu gün Azərbaycan müharibə şəraitində yaşayır və hələ də qanlı toqquşmalar baş verir. Şəhid olan əsgər və zabitlərimiz Azərbaycanın müstəqilliyi və suverənliyi uğrunda canlarından keçirlər: "Amma cəmiyyətimizdəki bəzi ünsürlər nə edirlər? Şəhidlərimiz üzərində reytinq, populyarlıq qazanmaq üçün bütün vasitələrə əl atırlar. Bu xüsusilə diqqət çəkməyə çalışan və yeni fəaliyyətə başlayan internet resurslarına aiddir. Doğrudur, Azərbaycanda söz azadlığı var və bu qanunla qorunur. Amma bu o demək deyildir ki, biz "düşman dəyirmanına su tökərək" qərəzli məsələləri gündəmə gətirməklə ictimai fikri yayındıraq. Bu günlərdə bəzi Azərbaycan media nümayəndələri, sosial şəbəkə istifadəçiləri şəxsi, korporativ maraqları üçün qarayaxma kompaniyası aparırlar. Hətta onların yazdıqları şərhlər düşmənin saytlarında yer alır. Yəni, budurmu onların şəhidlərimizə verdiyi dəyər? Fikrimcə, bu cür internet resurlarının sahiblərini, sosial şəbəkə istifadəçilərini məsuliyyətə cəlb etməyin vaxtıdır. Axı nə üçün düşmənlə mübarizə apardığımız bir vaxtda hansısa dairəyə xidmət edənlər yeni bir cəbhə açmalıdırlar? Nəyə dövlət sirri sayılan informasiyaları, video-kadrları yayıb düşməni məlumatlandırırmalıdırlar? Bu peşəkarlıqdan öncə vətənpərvərlik tələb edən bir işdir axı. Demək istərdim ki, media vasitələri, xüsusilə də internet resurları dövlətin müharibə maraqlarını hər şeydən öndə görməlidir. Baş verən hadisələrin işıqlandırılmasına peşəkarcasına yanaşılmalıdır. Və elə etməlidirlər ki, düşmənlər informasiya cəbhəsində xalqımıza öz içimizdə olanların əli ilə zərbə vura bilməsinlər. Azərbaycanı müdafiə etmək hər bir vətəndaşın borcudur. Vəzifəsindən, cəmiyyətdəki statusundan, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkəmizin müdafiəsində iştirak etməlidir və öz vətəndaşlıq borcunu ödəməlidir".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR