Cəmiyyətin nəbzini tutmaq uğur qazanmağın əsas şərtlərindən biri kimi

Bu məqsədlə istifadə edilən üsul və vasitələr

Cəmiyyəti məlumatlandırma siyasi və yaxud iqtisadi qurum olmasından aslı olmayaraq icitmaiyyətlə əlaqələrdə ən çox istifadə edilən modeldir. Bu model bir qurumun fəaliyyəti haqqında cəmiyyəti mütamadi olaraq məlumatlandırmaq və açıqlamalar vermək missiyasını daşıyır. Cəmiyyəti məlumatlandırma modelinin mətbuatda tanıtım modelindən fərqi verilmiş məlumatların dəqiq, həqiqi və reallığı əks etdirməsidir. Modelin tətbiqində Tv kanallarından, qəzetlərdən, sosial şəbəkələrdən, jurnallardan, büllütenlərdən, konfranslardan, aksiyalardan və digər məlumatlandırıcı vasitələrdən istifadə edilə bilər.

Höküməli Bələdiyyəsinin sədr müavini Fərman Salmanlı deyir ki, cəmiyyətin inam və etibarının qazanılmasında, siyasi və iqtisadi kompaniyaların aparılmasında və mesajların çatdırılmasında mətbuatda tanıtım modelindən istifadə edilməkdədir: "Mətbuatda tanıtım modeli ictimaiyyətlə əlaqələrin dörd modelinin ən sadəsi və ictimaiyyətin diqqətini cəlb edən propoqanda növüdür. Çünki bu model tək tərəflidir və cəmiyyətin təpkisi nəzərə alınmır. Hətta XIX əsrdə ictimaiyyətin diqqətini cəlb etmək məqsədiylə mümkün olan hər cür vasitələrdən istifadə edildiyi üçün maniplyason adı verilib. Məlumat mətbuatın diqqətini cəlb etsin və hədəf kütlənin hisslərinə təsir etsin deyə şişirdilərək yayımlanır. Bu zaman məlumatın yalan və yaxud doğru olmasının elədə əhəmiyyəti olmur. Cəmiyyəti məlumatlandırma modelinin tətbiqində ən tanınmış şəxs Amerikalı İvy Ledbetter Leedir. İvy Lee Pensilvaniya Dəmir Yolunun yaşadığı kriz sonrakı fəaliyyətləri və Colorodo kömürçülərinin aksiyasından sonra Rokvellər üçün etdiyi müşavirliklə sahəsinin ən tanınmış mütəxəssisinə çevrilib". Fərman Salmanlı qeyd edib ki, ictimai əlaqələrdə idarəçilər tərəfindən istifadə edilən üsul və vasitələrdən biridə propoqandadır: "İctimai əlaqələrdə propoqanda dövlətin və yaxud bir qurumun ideloji təbliğat aparmaq və yaxud mövdud ideologiyanı davam etdirmək istiqamətində istifadə edilən siyasi və psixoloji texnologiya kimi qəbul edilir. Təbliğat xarakterli 3 propoqanda növü məlumdur. Birincisi, ağ propoqanda. Ağ propoqanda mənbəyi məlum, açıq və şəffaf olaraq aparılan propoqandadır. Mənbəyi məlum olduğu səbəbindən yalan propoqanda əks effekt verər və sahibinin etibarına xələl gətirə bilər. Ağ propoqanda rəqibin səhflərindən və boşluqdan silah kimi istifadə edərək onun etibarını sarsıdaraq üstünlük qazanmağı hədəfləyir. İkincisi, boz propoqanda. Boz propoqanda rəvayətlərdən formalaşan bulanıq və mənbəyi məlum olmayan propoqandadır. Boz propoqandanın yalan və yaxud doğruluğu ayırd edilə bilmədiyi kimi hədəf kütlə tərəfindən propoqanda olduğuda hiss edilməz. Boz propoqandanın senarisi hazırlanərkən olmuş bir hadisənin üzərində işlənərək həmən hadisəyə yalanlar əlavə edilir və hədəf kütlə tərəfindən qəbul ediləcək rəvayət halına salınmaqla ictimaiyyətə təqdim edilir. Boz propoqandanın fərqi nöqsanlı, qüsurlu və qeyri müəyyən olan məsələni qüsursuz və təmiz göstərə bilmək və yaxud əksinə təmiz və qüsursuz olanı nöqsanlı və qüsurlu kimi göstərib insanların gözündən sala bilməkdir. Üçüncüsü, qara propoqanda. Qara propoqanda yalan, iftira, fitnə və intiriqalar dəlil kimi göstərilərək hədəf kütləyə çatdırılır. Bu zaman mənbə bilinsədə amma məlumatın başqa mənbəydən yayıldığı fikri formalaşdırılaraq əsl mənbənin daima gizli qalmasına çalışılır. Çünki gizli qaldığı müddətdə şayə və dediqodular daha çox inandırıcı olurlar. Qara propoqandada etik, əxlaqi və vicdani dəyərlərin gözlənilmədiyi bütün üsul və vasitələrdən istifadə edilməsi normal qəbul edilir. Məqsəd rəqibdə ruh düşkünlüyü yaratmaqdır. Ümumiyyətlə, idarəçi üçün cəmiyyətin nəbzini tutmaq, psixoloji durumu barədə bilgili olmaq, fikirlərini və düşüncələrini öyrənmək idarəçilikdə uğur qazanmağın və işlərin yolunda getməsinin əsas şərtlərindəndir. Qurumlarda ictimai rəyi öyrənmək və təhlil edərək rəhbərliyə çatdırmaq ictimaiyyətlə əlaqələrlər şöbəsinin fəaliyyət sahəsinə aiddir. İctimaiyyətlə əlaqələr dövlət, özəl, yerli özünüidarə etmə və ya ictimai sektor fərqi olmadan istənilən quruma rəhbərlik edən idarəçilər üçün eyni dərəcədə əhəmiyyətə malikdir. Çünki içtimaiyyətlə əlaqələr bütün sektorlarda qurumun fəaliyyəti necə olmalı və cəmiyyət nə gözləyir sualına cavab tapmaqda ən effektli vasitələrdən biridir. Bir qurumun məqsəd, məram və hədəflərinin tam olaraq ortaya qoyulmasında və gerçəkləşməsində icimaiyyətlə əlaqələr əvəz edilməz vasitədir".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR