“Millətlərin Qafqazda köçü 20 – ci əsr” və “Qara Bağın Faciəsi”  kitabları təqdim olundu

Martın 15 - də Mərkəzi Elmi Kitabxanada Alqimantas Liyekisin "Millətlərin Qafqazda köçü 20 - ci əsr" ( litva və rus dilində), Qintaras Visotsksın "Qara Bağın Faciəsi" ( litva dilində) kitablarının təqdimatı oldu. Təqdimatı giriş sözü ilə AMEA - nın İctimai Elmlər Bölməsinin rəhbəri, AMEA- nın müxbir üzvü Nərgiz Axundova açaraq kitabların Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rolundan bəhs etdi. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev, tarix üzrə elmlər doktoru İradə Bağırova, tarix üzrə elmlər doktoru Sevinc Əliyeva, professor, humanitar elmlər doktoru, "Millətlərin Qafqazda köçü 20-ci əsr" əsərinin müəllifi Alqimantas Liyekis, Litva jurnalisti,www.slaptai.lt internet-portalın sahibi və redaktoru, "Qara Bağın Faciəsi" əsərinin müəllifi Qintaras Visotskas təqdimatda çıxış edərək kitab haqında iştirakçılara ətraflı məlumat verdilər.

Jurnalist Qintaras Visoskasın "Qara Bağın faciəsi" ("Трагедия Черного сада") adlı kitabı Litva elmi tədqiqat institutu tərəfindən çap edilidiyini vurğuladı.Kitabda müəllifin Azərbaycan, Ermənistan, o cümlədən Türkiyə ilə münasibətlərə publisistik, tarixi araşdırmaçı yanaşması əks olunub.

Müəllif sual verir: "Nə üçün Litva həmişə xatırlamır ki, Dağlıq Qarabağ və ətraf rayonlar bütün beynəlxalq norma və qaydaların pozulmasıyla, yalnız ermənilər tərəfindən deyil, Rusiya silahlı qüvvələri tərəfindən zor gücü ilə qəsb edilmiş və bir milyondan çox dinc azərbaycanlı öz yurdlarından qaçqın salınmışdır?"

Son zamanlar, ermənilərlə düşmənçiliyin əsl səbəbləri barədə ingilis, fransız, rus, hətta erməni və litva dillərində çoxlu sayda elmi işlər yazılır. Bu elmi işlər çox zaman geniş auditoriya

üçün əlçatan olmur. Bunları əldə etmək üçün vaxt tələb olunur və çalışmaq lazım gəlir. Ona görə də, litvalı oxucunun türk-azərbaycanlı - erməni düşmənçiliyinin tarixini araşdıracağı barədə düşünmək sadəlöhvlük olardı. Müəllif düşünür ki, Azərbaycan bu barədə daha çox kitablar dərc etdirməli və yaymalıdı.

Kitabın hazırlanmasında əsas məqsəd Litva cəmiyyətində Azərbaycana, Qarabağa aid ermənilər tərəfindən törədilə biləcək informasiya, ideoloji təxribatların qarşısını almaqdı. "Qara Bağın faciəsi" kitabında müəllif  qeyd edir ki, Azərbaycan ayrıca bir müsəlman ölkəsi olmaqla özünün tarixi, uğurları və uğursuzluqları ilə birlikdə Litva ilə çox böyük oxşarlığa malikdi. "Litvanın Azərbaycandan öyrənəsi çox şeyləri var. Azərbaycan biz litvalıların onu daha yaxından öyrənməyə və sizlərlə dostluq etməyə layiqdi" - deyə müəllif  bildirir.

Qeyd edək ki, kitab üç hissədən ibarətdi. Birinci hissədə oxuculara jurnalist Bakı, Gəncə, Naxçıvan və Xocavəndə etdiyi səfərləri əks etdirən elmi məqalələri təqdim olunub. İkinci hissədə BMT-in, Avropa Şurasının, AŞ Parlament Asambleyasının qərarlarına rəğmən hələ də işğal atında olan Azərbaycan torpaqları haqqında jurnalistin Litva siyasətçiləri və siyasi şərhçilərilə apardığı polemikalar yer alır. Üçüncü hissədə isə  müəllif Azərbaycan tarixinin bəzi məqamlarına toxunur, iki əsrdi Azərbaycan xalqının üzləşdiyi haqsızlıqlardan bəhs edir.

Kitabın müəllifi Qintaras Visoskas 1966-cı ildə Litvanın paytaxtı Vilnüsdə anadan olub, 1984-1991-ci ildə Vilnüs Universitetinin Tarix fakultəsində jurnalistika ixtisasına yiyələnib. 1994-95-ci illərdə Çeçenistana müxbir olaraq ezam olunub. 2006-cı ildə həmmüəllifi olduğu "Kəşfiyyatın Litva intriqaları" kitabı işıq üzü görüb, 10 ildən çoxdur slaptai.lt saytının rəhbəridi.

"XX əsrdə Qafqazda xalqların köçü" ("Переселение народов на Кавказе в XX в." ) adlı kitabın müəllifi litvalı tarixçi Alqimantas Lekisdi. Bu, Litvada Azərbaycan haqqında nəşr olunan  ilk kitabdı. A.Lekis tarixi mənbələrə əsaslanaraq, Azərbaycan xalqının tarixini dərindən tədqiq edib. Kitabda azərbaycanlıların qədim zamanlardan bəri öz doğma torpaqlarında yaşadıqlarını sübut edən faktlar, Azərbaycan xalqının qədim dövlətçilik ənənələri işıqlandırılıb. Müəllif Cənubi Qafqazda ermənilərin süni şəkildə yerləşdirilməsinə, onun doğurduğu faciələrə toxunub. Nəşrdə ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza iki əsr öncə Osmanlı, İran ərazilərindən köçürüldüyünü əks etdirən faktalara yer verilib. "XX əsrdə Qafqazda xalqların köçü" kitabında Azərbaycan, türk, gürcü xalqlarının müstəqilliyi hesabına erməni dövlətinin yaradılması barədə, Sovet İttifaqı dövründə Azərbaycan torpaqlarının "erməniləşdirilməsi" prossesi haqqında tarixi araşdırmalar var. Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsini və azərbaycanlıların öz tarixi torpaqlarından deportasiyası prosesi tarixi sənədlərlə sübuta yetirilir. Müəllif qeyd edir ki,  "Kitabda təqdim edilmiş Azərbaycan xalqının iztirablarının tarixi biz litvalılar üçün də çox böyük əhəmiyyət kəsb edir...". Kitabın yazılmasında əsas məqsəd Litvada Azərbaycana qarşı erməni təbliğatının qarşısının alınması, eləcə də, ermənilər tərəfindən azərbaycanlılara qarşı yönəlmiş cinayətlərin Litva ictimaiyyətinə çatdırılımasıdı. Kitab iki dəfə böyük tirajla nəşr olunub, əsasən kitabxanalar, siyasətçilər, tarixçilər və ictimai xadimlər arasında paylanıb.

Qeyd edək ki, "XX əsrdə Qafqazda xalqların köçü" kitabını ərsəyə gətirən - humanitar elmləri doktoru Alqimantas Lekis tarixçi-araşdırmaçı, elmi nəşrlər olan "Litva elmi" və "Litva xalqları" jurnallarının redaktoru, 60-dan çox kitab müəllifidir. 1994-95-ci illərdə "Litva xalqının soyqırımı və müqaviməti" tədqiqat mərkəzinin, 2002-ci ildən Elmi Mərkəzin rəhbəridi.

NigarNigar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR