Xırdalanda 5 xanım boğulub öldü - Aralarında tələbələr və ana-bala da var - ADLAR - YENİLƏNİB

Tələbələrdən başqa ölən hər 3 şəxs Balakən rayonundan olan Turanə Xanıyevanın qohumları olub. Belə ki, Turanənin xalası onkoloji xəstə olub və Bakıya qızı ilə birgə müalicəyə gəlibmiş. Beləliklə, ölənlərdən ikisi məhz Turanə Xanlayeva xalası və xalası qızıdır. Qafqazinfo.az

***

Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxlərin kimliyi məlum olub.   Onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır. Mələk Abbasova və Turanə Xalıyevanın Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olduqları bildirilir.  Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.  Faktla bağlı araşdırmalar davam etdirilir.  Apa.az

***

Martın 15-də Xırdalan şəhərində dəhşətli ölüm faktı aşkar edilib. Məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində bir evdə 5 ölü tapılıb. Onların dəm qazından zəhərlənərək öldüyü bildirilir. Dünyasını dəyişənlərin həmin evdə kirayə yaşayan tələbələrin olduğu bildirilir. Abşeron rayon Polis İdarəsinin rəisi və prokuror da daxil olmaqla hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olublar. Faktla bağlı araşdırma aparılır. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR