Novxanı-Pirşağı istiqamətində yeni yol çəkilir

Bu il 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrinin icra olunması ilə bağlı dövlət başçısının tapşırığına əsasən "Azəravtoyol" ASC tərəfindən ölkə boyu işlərə start verilib. Sözügedən yolların sürətlə, texnoloji ardıcıllığa riayət olunmaqla və ən əsası yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün cəmiyyət bütün qüvvəsini səfərbər edib. "Azəravtoyol" ASC-dən "OLAYLAR "-a bildirilib ki, bu layihələrin biri də Abşeron yarımadasının şimal hissəsində gerçəkləşdirilir. Söhbət sahil boyu salınan və 12.7 km uzunluğunda olan Novxanı-Pirşağı avtomobil yolundan gedir. Sahil yolu bəzi ərazilərdə mövcud yolu genişləndirməklə, bəzi ərazilərdə isə yeni tras üzrə inşa olunur. Bunun üçün yeni yolun keçdiyi ərazilərə, xüsusən çökəklik sahələrə karbonat materialı tökülüb kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Bundan başqa yol boyu maneələr sökülüb, kommunikasiya xətləri köçürülüb.

Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0.75 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.5 metr enində piyada səkilərinin də tikintisi aparılır.

Qeyd edək ki, yeni avtomobil yolu Sumqayıt-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəliş təmin olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR