İslam Həmrəyliyi Oyunları öncəsi Bakida Qlobal “İƏT Modeli Sammiti”keçiriləcək

"Beynəlxalq İƏT Modeli" Qlobal Sammitinin əsas sessiyalarından biri IV İslam Həmrəylik oyunları ərəfəsində may ayında Bakıda keçiriləcək. "OLAYLAR"-a daxil olan məlumata görə, Gənclər və İdman Nazirliyi və İƏT Gənclər Forumunun (DƏ-İKGF) əməkdaşlığı və bir sıra aparıcı universitetlərin iştirakı ilə keçiriləcək tədbir çərçivəsində artıq mühazirə və təlimlər başlayıb. Təlimlərdə məruzəçi qismində İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzin direktoru Elçin Əsgərov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycan Respublikası Prezidenti yanında Strateji araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Fələstin dövlətinin fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Əbdül Kərim və başqaları çııxış ediblər. Növbəti təlimlərdə Pakistanın, Malaziyanın, Mərakeşin, Səudiyyə Ərəbistan Krallığının və başqa İƏT ölkələri səfirlərinin, diplomatik nümayəndələrinin, yerli dövlət qurumları ekspertlərinin çıxışları gözlənilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR