Əmək Nazirliyində görüş olub

Azərbaycanda demoqrafiya və əhali sakinliyi üzrə hazırlanmış yeni uzunmüddətli strategiya əhalinin kəmiyyət və keyfiyyət artımını təmin etmək üçün hərtərəfli şəraitin yaradılması məqsədilə qarşıdakı dövrdə də kompleks tədbirlərin reallaşdırılmasını nəzərdə tutur. Bunu Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə  BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessa ilə keçirilən görüşdə bildirib.

S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu islahatlar kursunun ölkəmizdə dayanıqlı inkişafın təmin olunmasına imkan yaratmaqla bərabər, demoqrafiya və əhali sakinliyi sahəsində müsbət meylləri də stimullaşdırdığını  vurğulayıb.

K.Kulessa Azərbaycanda demoqrafik proseslərin inkişafının, əhalinin sabit artım tempinin, mövcud resursların əhalinin kəmiyyət və keyfiyyət artımının təmin olunmasına səfərbər edilməsinin, bu yöndə siyasətin təkmilləşdirilməsi üçün aparılan işlərin təqdirəlayiq olduğunu bildirib. O, BMT Əhali Fondunun bu sahələrdə  Azərbaycanla əməkdaşlığı davam etdirməyə xüsusi önəm verdiyini ifadə edib.

Görüşdə əhali sakinliyi və demoqrafik inkişaf sahəsində strateji hədəflərə, "Azərbaycan Respublikası Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün  Fəaliyyət Planı"nda nəzərdə tutulan fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR